Kadırov əsirlər üzərindən yenə şou göstərdi - Video
Zelenski səfərbərliyin vaxtını uzatdı
Abel Məhərrəmovun zəbt etdiyi torpaqla bağlı...
Jurnalist Şahnaz Bəylərqızı saxlanıldı
Deputata məxsus şirkət cərimələndi
Bakıda baş həkimin iş masasına həbs qoyuldu
Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi
İlham Əliyev Ukraynaya 1 milyon dollar yardım ayırdı
Kağız reseptlərdən istifadə ləğv ediləcək?
Bu xəstəxana 20 min CƏRİMƏLƏNDİ


27.04.2018  11:09 

“Sənə Avropa Şurası lazım deyilsə...” - Seyidovun çıxışına şərh





A+  A-

Politoloq Elxan Şahinoğlu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında “Mən belə Avropa Şurasında olmaq istəmirəm” fikrinə münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. “Sənə Avropa Şurası lazım deyilsə, bu o demək deyil ki, Azərbaycana lazım deyil. Sən təksən, Azərbaycan isə daha böyükdür. Sənə lazım deyilsə, istefa ver qoy başqası ölkəmizi təmsil etsin. Əlbəttə, Avropa Şurasını tənqid etmək hamının haqqıdır, tənqid olunmalıdır da, ziddiyətli qətnamələri az deyil, Qarabağla bağlı qətnamələri yerinə yetirilmir və s. Ancaq bu o demək deyil ki, Azərbaycan qapını çırpıb getməlidir. Biz getsək Ermənistan orada qalacaq və bizim təmsil olunmadığımız təşkilatda Azərbaycan əleyhinə təbliğatını rahat aparacaq. Bumu bizə lazımdır? Avropa Şurasından çıxmaq Avropadan uzaqlaşmaq və istər-istəməz Rusiyaya yaxınlaşmaq deməkdir. Bu isə özümüzün elan etdiyimiz balanslaşdırılmış xarici siyasətimizə ziddir. Azərbaycanın AŞPA-ya üzv olması üçün mərhum prezident Heydər Əliyev az əziyyət çəkməyib. Bunu da “Avropa Şurası bizə lazım deyil” deyənlər unutmasınlar!”- deyə şərhçi qeyd edib.

Xəbər 1998 dəfə oxunub.




05.02.2025  14:04 

Bu rayonlarda qaz kəsiləcək


BÜTÜN XƏBƏRLƏR +