Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


07.06.2018  14:32 

“Kontakt Home“dan daha bir QANUNSUZLUQ - Müştərini belə aldatdı





A+  A-

"Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər səngimək bilmir.
XəzərNews.az-ın məlumatına görə, bu günlərdə Qaynarinfo-nun redaksiyasına daxil olan növbəti şikayətdə bildirir ki, mağaza vətəndaşın hüquqlarını kobud kəskin şəkildə pozub. Belə ki, zərərçəkmiş Ruslan Qafarov 14.05.2017-ci il tarixində mağazadan 1399 manat 99 qəpiyə televizor aldığını deyir. Lakin 2 ay sonra televizorun ekranın qırmızı xətt yaranır. "Kontakt Home”un texniki servis işçiləri yoxladıqdan sonra televizoru təmir etmək məqsədilə aparır və 2 həftə sonra geri gətirirlər. Lakin 2 ay sonra problem təkrar olunur. Yenidən evə çağrılan ustalar televizoru aparır və 2 həftə sonra geri gətirirlər. Lakin bir neçə ay sonra televizorun başqa problemi yaranır. Televizor bu qaydada müxtəlif problemlərlə 4-cü dəfə texniki servisə aparılır və geri gətirilmir. Alıcı mağaza səlahiyyətliləri ilə danışıb ya pulunun, ya malının geri qaytarılmasını tələb etsə də, nəticə əldə edə bilmir. Hətta "Kontakt Home” əlavə ödəniş etməklə müştəriyə yeni televizor vermək təklifini də ləğv edir. Zərərçəkmiş indi ya pulunun, ya da televizorunun qaytarılmasını tələb edir.



Məsələylə bağlı "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyub Hüseynov problemi araşdırmağa çalışıb. Amma heç bir nəticə olmayıb:

"Şikayəti araşdırmaq üçün rəhbərliklə heç cür əlaqə qurmaq mümkün deyil. Nəzərinizə çatdırım ki, bu şikayəti də məcbur olub iqtisadiyyat naziri Şahin Mustafayevə yönəltdik. Doğrusu, nazirliyin də bir iş görəcəyinə ümid yoxdur. Onlar hamını məhkəməyə yönəldir”.

Xəbər 1713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +