İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


26.04.2017  11:43 

“Saxta diplomla işləyənlər məktəblərdən uzaqlaşdırılmalıdır“





A+  A-

Azərbaycanda müəllimlərin imtahanı - diaqnostik qiymətləndirilmə prosesi davam edir. Müşahidələr göstərir ki, bəzi məktəblərdə çalışan müəllimlər diaqnostik qiymətləndirilmə prosesindən kənarda saxlanılır. Onların sayı ilə bağlı dəqiq rəqəm olmasa da, sayları az deyil. Aralarında diplomu olmayanlar, pedaqoji təhsil almayanlar, hansısa arayışla dərs deyənlər var.
Bəs belə “müəllimlər” məktəblərə necə yol tapıblar?

Təhsil Nazirliyindən diaqnostik qiymətləndirilməyə buraxılmayan müəllimlərlə bağlı bildiriblər ki, təhsil sənədi qaydasında olmayanlar kənarda qalırlar:

“2016-cı ilin sonunda respublikanın 26 şəhər və rayonunda çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılarkən müəllimlərin təhsil sənədləri tərəfimizdən yoxlanılıb . Və bir sıra müəllimlərin təhsil sənədinin dövlət nümunəli olmadığı aşkar edilib. Həmçinin, müəllimlərin işə qəbulu yalnız müsabiqə yolu ilə həyata keçirilir. Təhsil Nazirliyi müsabiqədən kənar işə qəbul halları ilə mübarizə aparır və belə hallar aşkar olunduqda nazirlik tərəfindən tədbirlər həyata keçirilir. Bu kimi hallar aşkarlandıqda həmin müəllimlər diaqnostik qiymətləndirməyə buraxılmır”.

Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə açıqlama verib.

Deputat bildirib ki, müəllimlərin təhsil sənədinin dövlət nümunəli olması barədə çox ciddi araşdırılma aparılmalıdır.

“Bəzi müəllimlərin sənədləri standarta uyğun deyil. Yoxlamalar nəticəsində onlara bir daha baxılır və sənədləri uyğun olmayan müəllimlər işlərindən uzaqlaşdırılır. Həmçinin bəzi müəllimlərin bilik səviyyəsi də o qədər də yüksək deyil. Diaqnostik qiymətləndirmə də müəllimlərin bilik səviyyəsini artırılmasına və sənədlərinin düzgün olmasına xidmət edir”.

Asim Mollazadə əvvəllər müəllimlərin təhsil sənədinin dövlət nümunəli olması barədə Təhsil Nazirliyinin araşdırma aparmadığını deyib.
“İndi isə diaqnostik qiymətləndirilməyə buraxılan müəllimlərin sənədlərinə baxılır. Araşdırmalar nəticəsində görünür ki, bəzi müəllimlərin diplomları hüquq normalarına uyğun deyil. Bu hallar aşkarlanan müəllimlər isə işlədiyi təhsil müəssisəsindən dərhal kənarlaşdırılır”.

(modern.az)

Xəbər 1525 dəfə oxunub.




03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +