İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


24.02.2022  21:03 

NATO-nun və BMT-nin “ölümü“...





A+  A-

Və ya bir şəklin rəmzi mənası...

Bəli, bəli, bu gün hegemon bir dövlətin qəfil hücumu nəticəsində ölənlər təkcə Ukrayna əsgərləri və sıravi ukraynalılar deyil. Ölən həm də NATO-dur, BMT-dir, beynəlxalq hüquqdur, beynəlxalq sülhdür, beynəlxalq ədalətdir və bütün beynəlxalq təhlükəsizlik sistemidir.

NATO-nun bu günkü bəyanatı Rusiyaya yalandan "xox" gəlməkdən və dünya əhlinin gözünə kül üfürməkdən başqa bir şey deyil. Bu bəyanatla NATO hətta 1-ci sinif şagirdlərinə də başa saldı ki, bu Alyans Rusiyanın hücumunu durdurmaq üçün əlini ağdan qaraya vurmayacaq, heç nəyə qarışmayacaq.

NATO-nun biabırçı bəyanatının qısa məzmunu belə bu təşkilatın sanballı hərbi ittifaq yox, əl meymunu olduğunu göstərir.

Görün NATO nə deyir:

“Biz qəti şəkildə Rusiyanı seçdiyi zorakılıq və təcavüz yolundan imtina etməyə çağırırıq. Rusiya rəhbərliyi öz hərəkətlərinin nəticələrinə görə tam məsuliyyət daşımalıdır. Rusiya çox ağır iqtisadi və siyasi bədəl ödəyəcək. NATO olaraq Donetsk və Luqansk “xalq respublikaları”nın müstəqilliyinin tanınması qərarını qətiyyətlə pisləyirik. Bu, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü pozur. Qərar Rusiyanın da imzalamış olduğu Minsk razılaşmalarına ziddir. Müttəfiqlər bu qanunsuz tanınmanı heç vaxt qəbul etməyəcək”.

Vəssalam.
Gördüyünüz kimi bu bəyanatda ənənəvi söz yığınından, "çeynə-tüpür" olunmuş diplomatik ibarələrdən, ifadələrdən başqa heç nə yoxdur.

Bu cür "dişsiz" bəyanatla, bu cür "növbətçi" çağırışla "donuz"u darıdan çıxarmaq, Rusiyanı dayandırmaq mümkün deyil.

NATO-nun, BMT-nin, ATƏT-in seyrçi və gözləmçi davranışları onu göstərir ki, olduqca təmtəraqlı adlar daşıyan, nə vaxtsa böyük nüfuza malik olan bu təşkilatlar artıq yoxdur.

Bu təşkilatlar bir anın içində mifə çevrildi, gorbagor oldu. İndi onların sadəcə quruca adları qalır.

ATƏT isə obrazlı mənada desək, ümumiyyətlə, gedib özünü assa yaxşıdır. Çünki bu təşkilat Avropada təhlükəsizliyi təmin etməyə, sülhü qorumağa, sülh naminə əməkdaşlıq qurmağa məsul olan, məsuliyyət yükü daşıyan 1 nömrəli beynəlxalq qurumdur. Ancaq bu qurumun sadəcə adı var. Özü isə hardadır bəlli deyil.

Artıq bu cür təşkilatlara ümidlə baxmağa və onların ədalətinə inanmağa da son qoymaq lazımdır. Kiçik və gənc ölkələr bu cür "fahişə" təşkilatlardan heç nə ummamalıdır.

P.S.
Bu fotonun isə dərin rəmzi mənası var. NATO-nun mənasız "şefi" Yens Stoltenberq bu epizodda sanki Zelenskiyə demək istəyir ki, "biz sizə çoxlu şirnikləndirici vədlər versək də, ancaq bundan oyanası bizlik deyil, siz yolun bundan sonrakı hissəsini bizsiz, tək getməli olacaqsınız. Sizi rus "ayı"sı ilə baş-başa buraxırıq".

Bax belə.

Bu da yolun sonu.

Bundan sonra dünya "meşə qanunları" ilə idarə olunacaq. Yalnız "kim güclüdür, o da haqlıdır" prinsipi işləyəcək. Bəli, dünya növbəti dəfə yolun sonuna gəldi...

Bəybala Mirzəyev

Xəbər 1292 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +