İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


09.01.2019  10:43 

Azərbaycanlılar 66 ölkəyə vizasız gedə bilər





A+  A-

Baş qərargahı Londonda mənzillənən nüfuzlu Henley & Partners konsaltinq firması özünün internet saytında dünya “pasportlarının indeksini” dərc edib. Bu indeks reytinqində ölkələrin yeri onların vətəndaşlarının vizasız gedə biləcəkləri başqa ölkələrin sayı ilə müəyyən edilib.
XəzərNews.az “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu reytinqdə birinci yeri Yaponiya tutub. Onun vətəndaşları dünyanın 190 ölkəsinə vizasız səfər edə bilərlər. İkinci yeri tutan Sinqapur və Cənubi Koreya Yaponiyadan “cəmi bir ölkə” geridə qalır.

Üçüncü yeri Almaniya və Fransa tutur. Onların vətəndaşları vizasız pasportla 188 ölkəni gəzə bilərlər.

Böyük Britaniya və ABŞ-ın pasport indeksindəki yeri son illər enməyə başlayıb. Bu iki ölkə indi pasport reytinqində 6-cı yeri tutur, halbuki 2015-ci ildə 1-ci yeri bölüşürdülər. Ekspertlər bunu sözügedən ölkələrdə “bağlı qapılar” siyasətinin güclənməsi ilə izah edirlər.

Rusiya 119 ölkə ilə 48-ci yeri tutub. Rusiya vətəndaşlarının vizasız gedə biləcəkləri ölkələrin siyahısına ötən il ərzində daha 9 ölkə daxil olub.

Bu indeksdə Ukrayna Rusiyadan irəlidə, 41-ci yerdədir. Onun vətəndaşları 128 ölkəyə vizasız gedə bilərlər. Belarus və Qazaxıstan müvafiq olaraq 66-67-ci yerləri tuturlar. Onların vətəndaşları üçün 77 və 76 ölkənin qapıları açıqdır.

Keçmiş SSRİ respublikaları arasında ən nüfuzlu pasportlar 11-ci yeri tutan Latviya və Litvadadır. Bu ölkələrin vətəndaşları vizasız olaraq dünyanın 180 ölkəsinə gedə bilərlər. 12-ci yerdə 179 ölkə ilə Estoniya gəlir. Keçmiş sovetlər arasında ən “keçərsiz” pasportu türkmənlər daşıyırlar. Bu pasport yalnız 53 ölkəyə vizasız gediş imkanı verir.

Mərkəzi Asiya ölkələri arasında pasportlarının nüfuzuna görə Qazaxıstandan sonra Tacikistan və Özbəkistan gəlir. Bu ölkələr pasport reytinqində 58 ölkəyə sərbəst girişlə 80 pillədədirlər.

Cənubi Qafqazda ən keçərli pasporta gürcülər malikdirlər. Gürcüstan pasport indeksində 51-ci yeri tutur. Gürcüstan vətəndaşları 114 ölkəyə vizasız gedə bilirlər.

Azərbaycan Filippin və Tunislə birlikdə 76-cı yeri bölüşürlər.Bu ölkələrin vətəndaşları yalnız 66 ölkəyə vizasız səfər edə bilərlər. Ermənistan 61 ölkəyə vizasız girişlə 79-cu yeri tutur.

96-cı yerdə olan İranın pasportu 42, 52-ci yerdə olan Türkiyənin pasportu 111 ölkəyə vizasız gediş-gəliş haqqı verir.

Reytinq cədvəlində sonuncu 104-cü yeri Əfqanıstan və İraq tuturlar.

Xəbər 1252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +