Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


13.09.2019  08:46 

ABŞ Bahama 4 milyon dollar ayıracaq





A+  A-

ABŞ “Dorian” qasırğasından zərər çəkmiş Baham adalarına bərpa olunmaqda kömək edəcək. Humanitar yardımla yanaşı, Vaşinqton təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün 4 milyon dollar ayıracaq.
XəzərNews.az bildirir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Mark Qrin Dövlət Departamentində brifinq zamanı məlumat verib.

“Vasait müvəqqəti sığınacaqlar, medikamentlər, ərzaq, zərərçəkmişlərə psixoloji köməyin göstərilməsinə xərclənəcək. Biz, həmçinin, loqistika və telekommunikasiyanın yaradılmasında köməklik göstəririk”, - məlumatda deyilib.

Bahamda əhaliyə agentliyin 100-dən çox əməkdaşı yardım edir. 47 ton çəkisi olan ilk humanitar yardım tezliklə sakinlərə veriləcək.

Xatırladaq ki, sentyabrın 1-də arxipelaqda baş qaldıran “Dorian” qasırğası bu günədək 50 nəfərin həyatına son qoyub.



Xəbər 1233 dəfə oxunub.




21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +