Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


18.06.2019  11:46 

Eldarla Röyadan sonra Anar da dəstək oldu





A+  A-

Məşhur stilist Anar Ağakişiyev Əməkdar artist Röya Ayxan və “Eurovision- 2011” qalibi Eldar Qasımovdan sonra LGBT- yə (Lezbiyan, Gey, Biseksual, Transseksual) dəstək olub.
XəzərNews.az xəbər verir ki, stilist instaqram səhifəsində LGBT "Qürur ayı"nda üzərində göyqurşağı effekti olan geyimdən istifadə edərək foto paylaşıb. O, şəklə belə şərh yazıb:

“Əziz dostlar, bəzən həyat siyah, bəzən isə bəyazdır. İstəyirəm ki, hər kəsin həyatı mənimki və göy qurşağının rəngləri kimi rəngarəng olsun. Həyatı parlaq və rəngli yaşamaq lazımdır! Budur,sizlər üçün rənglərlə dolu yeni surprizim”.

Anarı sözügedən paylaşımı da digər tanınmışlarda olduğu kimi müzakirə mövzusuna çevirilib. Hətta, dünyaca məşhur stilistlər, Türkiyənin sosial şəbəkə fenomeni Kerimcan Durmaz da Anarın postuna rəy yazıb. Ağakişiyev daha sonra açıqlama yayaraq LGBT-ni dəstəkləmədiyini bildirib:

“Əziz dostlar, mən "makeup" artistəm və rənglərlə çalışıram. Bu fotosessiyada boyalarla şəkillər var, hansılarki "makeup"la bağlıdırlar. Bu məsələyə başqa bir məna verməyin”.

Xəbər 1558 dəfə oxunub.




21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +