03.02.2017 10:34
Son zamanlar işlənmiş avtomobillərin qiymətinin artması ilə bağlı bəzi məlumatlar yayılmaqdadır. Guya, əhalinin dolanışıq səviyyəsinin aşağı düşməsinə baxmayaraq, “maşın bazarı”nda alıcılıq qabiliyyəti hələ də yüksək olduğundan, qiymətlər də azalmaq əvəzinə qalxır. Bəs əslində vəziyyət necədir?
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, bəzi məlumatlarda təqdim olunduğu kimi, qiymətlərin qalxması son 1-2 ayın prosesləri deyil.
“Son dövrlərdə dolların məzənnəsinin möhkəmlənməsi ilə əlaqədar olaraq Azərbaycan bazarında idxal məhsullarının əksəriyyəti üzrə, o cümlədən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. Aparılan tədqiqatlar göstərir ki, son 1 il ərzində ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım olub. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir.
Azərbaycanda idxal kəskin şəkildə aşağı düşüb. Məsələn, 2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ildəki göstəricilərlə müqayisədə isə indiki idxal 5-6 dəfə azalıb. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib və qiymətlər artıb.
Əvvəlki illərlə müqayisə etsək, avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.
İqtisadçı Vüqar Bayramov bildirib ki, avtomobil bazarında əsasən köhnə və nisbətən ucuz avtomobillərin qiymətində müəyyən bahalaşma müşahidə edilib.
“Amma bu artımlar mətbuatda, sosial şəbəkələrdə qeyd olunan səviyyədə deyil. Xüsusən də bahalı avtomobillərin qiymətində artım yoxdur. 2016-cı ilin ortalarında müəyyən artımlar müşahidə edildi. Amma bu artımlar 2016-cı ilin sonlarına doğru stabilləşdi.
2017-ci ilin ilk ayında bahalı, xüsusən ikinci-əl bahalı avtomobillərin qiymətində müəyyən azalma müşahidə edilib. Çünki bahalı avtomobillərə tələb azdır və işlənmiş bahalı avtomobillər əsasən dollarla təklif olunur. 60-100 min dollar arasında olan avtomobillərin qiymətində artım yoxdur, əksinə azalma müşahidə edilir. Amma mətbuatda işlənmiş avtomobillərin bahalaşması ilə bağlı məlumatlar yayılır. Əgər avtomobil bazarında çox nadir hallarda alıcı tapmaq olursa və avtomobil salonları alıcı azlığından bağlanırsa, o zaman qiymət necə artır?.. Bu sual kifayət qədər qaranlıq qalır. Çox təəssüf ki, bəzən avtomobillərin, evlərin, torpaq sahələrinin qiymətlərinin artması ilə bağlı mətbuata mütəmadi olaraq yalan məlumatlar sızdırılır. Bu potensial alıcıların fikrini daşındırır, bəzən bu məlumatlar ona görə sızdırılır ki, potensial alıcı növbəti qiymət artımından ehtiyatlanaraq, avtomobil, ev, torpaq sahəsi alsın. Amma reallıq belədir ki, bahalı avtomobil bazarında, əmlak bazarında heç bir artım yoxdur. Ölkəmizdə avtomobil idxalı kəskin şəkildə azalıb, amma bununla yanaşı, alıcılıq qabiliyyəti də aşağı düşüb. Bu səbəbdən də qiymət artımından söz gedə bilməz. Mütəmadi olaraq avtomobil, mənzil və s bazarlarda qiymət artımının olması bağlı məlumatların yayılması süni tələbi formalaşdırmaqdan ibarətdir. Əmlakın qiymətinin artması ilə bağlı yayılan məlumatların heç bir iqtisadi əsası yoxdur. Əgər alıcı qıtlığı varsa, insanlar pullarını yığmağa üstünlük verirsə, bu halda qiymət artımı necə ola bilər?.. Bu məlumatlar avtomobil və ya daşınmaz əmlak satışı ilə məşğul olan müəyyən şəxslər tərəfindən yayılır. Onlar süni tələb formalaşdıraraq öz əllərində olan avtomobilləri və mənzilləri baha qiymətə satmaq istəyirlər”.
(modern.az)
|
23.08.2024 14:12
23.08.2024 14:04
23.08.2024 09:39
“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu -Fotolar
22.08.2024 16:24
22.08.2024 16:17
22.08.2024 16:13
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə əlaqədar təxirə salınıb
22.08.2024 15:58
21.08.2024 19:07
21.08.2024 17:28
21.08.2024 17:12
21.08.2024 12:52
21.08.2024 12:24
21.08.2024 12:12
Leyla Əliyeva Hidayət Heydərov və Zelim Kotsayevlə görüşüb -Fotolar
20.08.2024 14:54
20.08.2024 12:32
Azərbaycanı təmsil edən slavyan gözəli insanları valeh etdi -Foto
20.08.2024 09:45
19.08.2024 18:51
Keçmiş və müasirliyi özündə birləşdirən İzmir şəhəri -Fotolar
19.08.2024 17:02
Bakıda analoqu olmayan məktəb - Bir ailənin dərs dediyi məkanla bağlı ilginc faktlar - VİDEO
19.08.2024 16:55
19.08.2024 16:23
19.08.2024 15:38
“Retro” istirahət mərkəzi, şadlıq evləri, avtomobil biznesi... - Ən passiv deputatın VARİDATI
19.08.2024 15:30
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
19.08.2024 12:57
19.08.2024 09:18
18.08.2024 21:13
17.08.2024 15:45
17.08.2024 15:43
17.08.2024 15:37
17.08.2024 14:55
17.08.2024 13:08
17.08.2024 12:27
16.08.2024 18:24
Qubada “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” ilə bağlı tədbir keçirilib -Fotolar