Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ
Ersin Tatarın Azərbaycana səfəri başlayıb
Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var


21.06.2017  11:23 

Nazirin qardaşı məhkəməyə gətiriləcək - Dələduzluq işi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə ilkin baxış iclası baş tutub.

Hakim bildirib ki, zərərçəkmiş Əlikram Camalov prosesə gəlməyib, məhkəmədə onun nümayəndəsi İmaməli Əsgərov iştirak edib.

Təqsirləndirilən S.Nəbiyevin vəkili Ceyhun Yusifov etiraz edərək Ə.Camalovun özünün prosesdə iştirak etməsinin təmin edilməsi barədə vəsatət verib: "Xüsusatlar onun özü ilə bağlıdır, bəzi suallara cavab verməlidir".

Hakim bildirib ki, Ə.Camalov məhkəməyə ərizə təqdim edərək bildirib ki, hüquqlarını nümayəndəsinə etibar edib və özünün iştirakı olmadan baxılmasını istəyib.

C.Yusifovun vəsatəti təmin edilib və hakim bildirib ki, növbəti iclasda Ə.Camalovun məhkəmədə iştirak edərək ifadə verməsinin təmin ediləcək.

Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. Bəlli olub ki, S.Nəbiyev Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi istəyib. Əvəzində isə qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib.

S.Nəbiyev isə vəsaiti mənimsəyərək Camalova pulu qaytarmayıb.

Təqsirləndirilən S.Nəbiyev özünü təqsirli bilmədiyini bildirib.

Prokuror ifadə verməyə təqsirləndirilən şəxsdən başlanılmasını təklif edib. Bu isə mübahisəyə səbəb olub. Vəkil C.Yusifov deyib ki, müdafiə etdiyim şəxs özünü təqsirli bilmədiyi üçün ifadə almağa zərərçəkmişdən başlanılmalıdır.

Hakim isə bununla razılaşmayıb və ifadə verməyi təklif edib. S.Nəbiyev ifadə verməkdən imtina edib.

Məhkəmə prosesi iyunun 23-də davam etdiriləcək.

Qeyd edək ki, Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

(qafqazinfo.az)

Xəbər 1196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.07.2024  17:13 

Neymar ata oldu

18.07.2024  16:15 

BUDADLAR, yoxsa BUDUQLAR -Video

18.07.2024  13:10 

Şahrudin “Qarabağ”da

17.07.2024  12:50 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +