Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


01.12.2022  13:58 

Naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb





A+  A-

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqilləri kəsərək oğurlayan 3 nəfər saxlanılıb. Əməliyyat zamanı Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev tutularaq istintaqa təqdim ediliblər.

XəzərNews.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar Bakıda strateji əhəmiyyətli obyektləri elektik enerjisi ilə təmin edən naqillər oğurlayıblar.

Onlar kəsdikləri naqilləri əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı toplanan materiallar Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Röyal Hüseynov, Hüseyn Bəbirov və Murad Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Onların paytaxt ərazisində digər analoji cinayətlər etdikləri istisna olunmur. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına və ya Qaradağ Rayon Polis İdarəsinə məlumat verə bilərlər.

Xəbər 742 dəfə oxunub.



17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib


BÜTÜN XƏBƏRLƏR +