Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb


30.04.2020  14:51 

Repetitorlar VÖEN-i belə almalıdır - Qaydalar açıqlandı





A+  A-

Xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aprelin 27-dən aradan qaldırılıb. Fəaliyyətinə icazə verilən sahələrdən biri də fərdi tədris və repetitor (qrup halında məşğələlər istisna olmaqla) xidmətləridir.
XəzərNews.az vergiler.az-a istinadən xəbər verir ki, repetitor xidməti göstərən şəxs əvvəl dərs keçdiyi yerə getmək və evində repetitor kimi fəaliyyət göstərmək üçün “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməlidir və bunun üçün onun VÖEN-i olmalıdır. VÖEN - vergi ödəyicisinin eyniləşdirmə nömrəsidir. VÖEN alması vətəndaşın sahibkarlıq fəaliyyəti ilə məşğul olması deməkdir, bununla o, gəlir əldə etməklə vergi tutulan müəyyən əməliyyatı yerinə yetirir. Başqa sözlə, VÖEN vətəndaşın vergi uçotuna alındığını göstərən sənəddir. Repetitor və buna bərabər təhsil xidməti göstərən hər kəs gəlir əldə etdiyi üçün VÖEN almalıdır.

VÖEN-i həm elektron qaydada, həm də vergi ödəyicilərinə xidmət mərkəzlərinə gedərək əldə etmək olar. Hazırda ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyəti elektron qaydada davam edir və həmin mərkəzlər vergi ödəyicilərinə bütün xidmətləri elektron formada göstərirlər. VÖEN əldə edilməsi barədə daha ətraflı məlumatla Vergilər Nazirliyinin rəsmi internet səhifəsində "Fiziki şəxslər" bölməsindəki reqlamentlər vasitəsilə tanış olmaq mümkündür (https://www.taxes.gov.az)

Bununla yanaşı, Vergilər Nazirliyi tərəfindən elektron xidmətlərdən istifadəyə dair video təlimatlar da hazırlanıb. Həmin təlimatla diqqətlə tanış olan hər kəs sərbəst şəkildə vergi uçotuna alına bilər. Qaydalar bu linkdə sadə və anlaşıqlı formada mərhələli şəkildə izah olunur: https://www.youtube.com/

VÖEN-i "ASAN xidmət" mərkəzlərində də əldə etmək mümkündür. "ASAN xidmət" mərkəzlərində vətəndaşların qəbulu aprelin 27-dən "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 çağrı mərkəzi vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir: https://www.youtube.com/

Xəbər 1508 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür

21.08.2024  12:52 

Sabahın havası -37 dərəcə isti

17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +