“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


05.07.2017  18:27 

Zəhra boyda iki...





A+  A-

Axır vaxtlar başı qarışıq olan məmləkətimdə sapı özümüzdən olan baltaların quyuya atdığı daşların arxasınca küyə düşüb gedənlər yaman çoxalıb. Ar dərdi, namus dərdi çıxıb yaddan, hamı bir-birini alçaltmaqla, aşağılamaqla, hətta təhqir etməklə məşğuldur. Bizlər kəndçi olmağımızın “günah”ını nə məsələdisə ödəyib qurtara bilmirik. Belə də ki, mən bu ayrı-seçkiliyə yox demirəm. Kəndçisən otur yerində, sənin nə işin var müharibə gedən zonada yaşamadığın halda özünü güllə qabağına atıb, hansısa anası Dubayda nə qələt eləyənin balasının qoyub getdiyi daşı-kəsəyi qoruyursan? Adama deyərlər sənə nə düşüb?! Bə bilmirsən ki, o qələtlərdə qazanılan pullarla böyüyənlər bir gün gəlib boynuna minəcək?! Öl öldüyün yerdə, kartofunu, kələmini ək, üstünün tozunu-torpağını da gətirib Bakıya tökmə! Bə bilmirsən Bakı əslində paytaxt deyil, “impırtnılar”ın şəhəridir?! Burada ...açıq gəzmək olar, metroda ö(t)üşmək olar, küçədə, parkda qız basmarlamaq olar, hətta mavi də olmaq olar, amma kəndçi olmaq olmaz!
Nə isə, bu barədə yazıb sözlərimi israf eləmək istəmirəm. Bu məsələni ortaya atıb camaatın başını bu “arvad” qeybəti ilə qatanlar o kəndçinin balağından tökülən toza-torpağa qurban olsunlar, Vətən torpağıdı o torpaq, yad əli dəyməmiş, kirlənməmiş, müqəddəs Vətən torpağı...
Görmüşük ayıbı olan başını yerdən qaldırmaz. Bizim Qarabağ boyda namus qarasına bürünmüş günahımız varkən siz kimi, nəylə və nədə ittiham edirsiniz?
Kəndçi olmaqdımı günah?
Şəhərli olmaqmı?!
Üstü palçıqlı, əli qabarlı olmaqmı, yoxsa... yoxsa qadını yad eldə əsir olmaqmı?!
Əlinə qələm alan biri əvvəl öz biləyini döyməsə doğruları yazammaz. İnciməyin, sifətinizə tərs çırpılacaq amma xəbəriniz varmı ki, işğalın 30 ili gəlir?!
Otuz il!
Bu məmləkətin subay, günahsız ölən şəhidlərinin sevgililəri erməni itlərindən dölləndilər! Onlar haralıydı?! Rayonlumu, kəndlimi?! Haralıydılar cavab verin! Mən deyim. Azərbaycanlı! Sənin, mənim, onun anası, bacısı, qızı! Və böyüdülər! Böyüdüldülər, artırıldılar! O qadınlardan olan oğullar bir gün qarşımıza dikiləcək! Allahın qiyamət günü o gün olacaq! O gün!
Dünyaya haqlı olduğumuzu sübut eləmək istəyən sizlərdən fərqli olaraq mən qisas istəyirəm!
Qan almaq, qan tökmək... əllərimlə tikə-tikə eləmək istəyirəm!
Kimə, nəyə görə haqq?! Allah bilmirmi?
O bizə yetməzmi?!
Dünən gecə hamımız şərəf dərsindən sinifdə qaldıq, iki aldıq.
Yekə bir İKİ!
Zəhra boyda iki...
Yeri gəlmişkən Sahibə də, Zəhra da kəndçiydi, torpağı qoyub gəlməyən kəndçilərdən. O sipər olanlar var ha, bax onlardan...
Di sizə nuş olsun, bir-birinizi yeməyə davam edə bilərsiniz!
P.S: Cəbhədən son xəbər. Ermənistan ordusunun beş hərbçisi öldürülüb, üç nəfəri yaralanıb. Təşəkkür edirəm, Ordum!
Mən sənə güvənirəm!

Nigar İsfəndiyarqızı

Xəbər 4367 dəfə oxunub.




19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib


BÜTÜN XƏBƏRLƏR +