“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


16.08.2024  18:24 

Qubada “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” ilə bağlı tədbir keçirilib -Fotolar





A+  A-

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Quba rayonunun Çiçi kəndində, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsi çərçivəsində tədbir keçirib.

İB-dən Xəzərnews.az-a verilən məlumata görə, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru – hüquqşünas Xanlar Vahabzadə bildirib ki, əsasən tatların yaşadıqları Quba rayonunun Çiçi kəndində digər xalqların nümayəndələri ləzgilər, kürdlər, ukrayınlar, ruslar yaşamış və yaşayırlar. Gözəl mənzərələrə malik Çiçi kəndi, göründüyü kimi, Azərbaycanın bir parçası olaraq, həm də gözəl multikultural məkandır.

“Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb, multikultural ənənələrə malik Azərbaycanda qədim zamanlardan bəri digər xalqlarla yanaşı, tatlar da yaşayır, yaradır, inkişaf edir. E.Əhmədov layihə haqqında məlumat verərək bildirib ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Azərbaycanda yaşayan tatların etno-konfessional tarixi” layihəsi çərçivəsində təşkil olunub:

“Layihənin əsas məqsədi Azərbaycanda yaşayan tatların etnik tarixi, din və dil mənşəyi, ölkə ərazisində məskunlaşma tarixi, adət-ənənələri və bu ənənələrin nə dərəcədə qorunub saxlanılmasını təhlil və təşviq etməkdən ibarətdir. Layihə çərçivəsində mənbələrdən, tədqiqat əsərlərindən istifadə etməklə müəyyən araşdırmalar aparılıb və bunların nəticəsi olaraq silsilə tədbirlər keçirilib”.

Tədbirdə məktəblilər - İncə Əliyeva və Ayxan Əliyev görkəmli Azərbaycan şairi Səməd Vurğunun “Azərbaycan” şerindən parçaları və suraxanılı şair Seyfulla Şüvəlaninin Azərbaycana həsr etdiyi seiri tat dilində səsləndiriblər.

Daha sonra çıxış edən Maqsud Banayev, Əkrəm Qaflanoğlu, Məhəmməd Əliyev, İsmayıllı rayonunun Lahıc kəndindən olan Dadaş Əliyev və digər ziyalılar tatların etno - konfessional tərəqqisindən söz açıblar.

Bildirilib ki, əsrlər boyu tatlar özünəməxsus adət - ənənələri ilə, məişət və mədəniyyəti ilə fərqləniblər. Bu xalqın igid oğulları tarixin müxtəlif dövrlərində əsl qəhrəmanlıq nümayiş etdiriblər. Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində də tatlar qəhrəmancasına vuruşublar. Hazırda da tatlar milli məişəti, mətbəxi, sənətkarlığı ilə Azərbaycan mədəniyyətinə öz töhfələrini bəxş etməkdədir.

Tədbir tatların milli irsinin qorunması və inkişaf etdirilməsi istiqamətində elmi diskussiyalarla davam etdirilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tat dilində çap olunan Qurban Səidin “Əli və Nino” kitabı iştirakçılara paylanılıb. Eyni zamanda Quba rayonunun Səbətlər və Zərqava kənd tam orta məktəblərinə Qafqaz diyarının 1847-ci ildə Tiflisdə hazırlanan və BBMM tərəfindən nəşr olunan xəritəsi hədiyyə olunub.









Xəbər 3862 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.10.2024  20:50 

Faktiki hava açıqlandı

19.10.2024  17:23 

Kahramanmaraşda zəlzələ olub

19.10.2024  17:19 

Ərdoğan Olaf Şoltsu qəbul edib


BÜTÜN XƏBƏRLƏR +