Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır
Prezident sərəncam imzaladı
Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək


15.07.2024  14:05 

Türkiyədə Azərbaycan diasporunun əsas nöqsanı budur ki... - Siyasi şərhçi





A+  A-

Xəzərnews.az xəbər verir ki, “Diasporla gündəm” verilişinin növbəti buraxılışının qonağı “Səməndər” Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri, siyasi şərhçi Cəmaləddin Quliyev olub.

C.Quliyevlə Türkiyədə Azərbaycan diasporu və azərbaycanlı kimliyi məsələsi müzakirə olunub.

Qonaq bildirib, Türkiyədə Azərbaycan diasporuna və ümumiyyətlə azərbaycanlı anlayışına yanaşmada qüsurlar var:

“Türkiyədə diaspor fəaliyyəti ilə məşğul olan şəxslərin, qurumların ümumi azərbaycanlılara yanaşmasını mübahisəli hesab edirəm. Azərbaycanlı kimliyi yalnız şəxsi kimlik deyil”.

Siyasi şərhçi türklərin daha çox istifadə etdiyi “Azərbaycan türkü” və “Azəri türkü” ifadələrinə də aydınlıq gətirib:

“Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, belə bir məsələni qaldırmaqla süni kimlik yaradırlar. Ümumiyyətlə niyə belə bir məsələni mübahisəyə çevirirlər? Niyə insanlar o ifadələrdən qorxurlar? Müraciət formasında “Azərbaycan türkü” və ya “Azəri türkü” ifadələrinin heç bir fərqi yoxdur”.

C.Quliyev bildirib ki, Azərbaycan evləri, təşkilatlarının sayının ötən illərlə müqayisədə çox olmasına baxmayaraq, biz yenə də Türkiyədə Azərbaycan diasporunu daha güclü görmək istəyirik:

“Nə qədər Türk millətiyik desək də, azərbaycanlıyıq. Məsələn, özbək də türkdür, ancaq adı üstündə özbəkdir. Baxmayaraq ki, qardaş ölkədir çalışmalıyıq ki, əvvəlcə öz milli kimliyimizi qoruyaq”, - deyə C.Quliyev bildirib.



Xəbər 898 dəfə oxunub.





17.08.2024  15:37 

Tanınmış aktyor vəfat edib -Foto

15.08.2024  15:57 

“İTV” kanalı cərimələnib

13.08.2024  14:51 

Prezident sərəncam imzaladı


BÜTÜN XƏBƏRLƏR +