Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


19.02.2024  15:10 

Ağ xalatlı cəlladlar... - TƏBİB şikayətlərə niyə baxmır?





A+  A-

“Şəmkir Rayon Mərkəzi Xəstəxanasında pastel çatışmazlığı var. Palataları şəraitindən asılı olaraq xəstələrə 10 və 20 manat qarşılığında satırlar”.

Xəzərnews.az xəbər verir ki, bunu Yeniavaz.com-a müraciət edən rayon sakini Məmmədli Qasım Maarif oğlu deyib.

O iddia edir ki, bu xəstəxanada ağrıkəsici və əməliyyat olunmuş şəxsə lazım olan digər preparatları xəstə yaxınları cibinin pulu ilə alır:

“Qardaşım Məmmədov Cəfər Maarif oğlu qarın nahiyəsindəki ağrılarla gedib xəstəxanaya, Nurlan adlı həkim onu səhv istiqamətə yönləndirib. Əslində isə qardaşımda kor bağırsaq artıq zəhərlənmə vermə həddində olub. Əməliyyat üçün günorta saatlarında xəstəxanaya gediblər. Xəstə ölüm ayağında olsa da, növbətçi cərrah deyib, mən baxa bilmərəm, iş vaxtım bitib, gözləyin cərrah gəlsin. Tibb bacıları xəstənin yaxınlarından “bəxşiş” alırlar, verməyən xəstəyə baxmırlar. Xəstə yaxınları qorxurlar ki, tibb bacısı baxmaz, adam ölər. Ona görə, məcbur olub pul verirlər. 220 mindən artıq əhalisi olan rayonun mərkəzi xəstəxanasındakılar ağ xalatlı cəlladlardı desək, yerinə düşər. Çünki bu adamlar adi kor bağırsaq diaqnozunu düzgün müəyyənləşdirə bilmirlər. Aidiyyəti qurum TƏBİB isə şikayətə baxmır”, - rayon sakini bildirib.

Q. Məmmədli deyir ki, burada xəstənin yanında qalan yaxın adamlarına gecə yatmaq üçün çarpayının birini 2 manata satırlar:

“İmkanı biraz zəif olanlar soğan kimi soyulacaqlar deyə xəstəxanaya nəinki getmirlər, hətta yolunu unudublar, o tərəfə ümumiyyətlə baxmırlar. Hələ xəstəxanada işləyən həkim və tibb bacılarının savad və bacarıqlarından danışmıram. Həkimlər savadsızdırlar, düzgün diaqnoz qoya bilmirlər. Bir sözlə, Şəmkir Rayon Mərkəzi Xəstəxansını bazara çeviriblər. Bununla bağlı aidiyyəti qrumlara - TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinə şikayət olunsa da, heç bir reaksiya yoxdur”.

İddialarla bağlı TƏBİB-ə müraciət etsək də, qurumdan sorğumuza, həmçinin iddiaların araşdırılmasına dair hər hansı cavab verilməyib.

Qeyd edək ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının sosial şəbəkə hesablarında qeyd olunub ki, tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.



Xəbər 5539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +