Prezident Qazaxıstana səfər edib -Fotolar
İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video


29.03.2021  10:19 

Kişinin arvadının başını kəsməsi ilə bağlı - Rəsmi açıqlama





A+  A-

Baş Prokurorluq Qobustan qəsəbəsində ərin arvadının başını kəsərək öldürməsi ilə bağlı açıqlama yayıb.
Qurumdan XəzərNews.az-a daxil olan məlumatda qeyd edilir ki, martın 28-də saat 18 radələrində Qobustan rayon ərazisində 1986-cı il təvəllüdlü Rəsulova Billurə Ələkbər qızına məxsus üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Araşdırmalarla zərərçəkmişin əri 1980-ci il təvəllüdlü Elnur Rəsulovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Billurə Rəsulovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən hadisədən sonra Elnur Rüstəmov özünə bıçaqla xəsarətlər yetirib və hazırda o, Şamaxı rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədədir.

Faktla bağlı Qobustan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, R.Rəsulovun arvadı B.Rəsulovanın boğazını kəsərək öldürdüyü bildirilir.

Xəbər 1369 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.08.2024  18:54 

Qulam İbrahimov vəfat edib -Foto

06.08.2024  10:31 

İsmayıl Berdiyev vəfat edib -Foto


BÜTÜN XƏBƏRLƏR +