9 fevrala təyin olunmuş parlament seçkiləri ilə bağlı proseslər intensivləşdikcə, şanslı namizdələrə qarşı onların rəqibləri və yaxud da həmin şəxlsərdən maddi olaraq nəsə qoparmaq istəyən media məxluqlarının, siyasət adamlarının qara PR cəhdləri artmağa başlayır. Prosesin bu şəkildə davam etməsində qeyri-adi heç nə görmürük və hesab edirik ki, seçki hadisəsində belə cəhdlərin edilməsi, həm də dilənçi xarakterli, adını belə gizlətməyə cəsarət edə bilməyən qorxaqlar tərəfindən edilməsi adidən də adi qarşılanmalıdır.
Məsələn, uzun illərdir Binəqədi rayonunda, həmçinin bütövlükdə Bakı kəndlərində birmənalı olaraq ağsaqqal kimi qəbul edilən Hacı Madər Musayevə qarşı adının açıqlanmasına cəsarət etməyən mənbələr tərəfindən əsassız qarayaxmalara cəhd edilir. Onun guya biznesmen olduğu, seçkilərdəki qələbələrinin Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən rədd edildiyi kimi absurd ittihamlar və iddialar irəli sürülür. Bu cızmaqaraları yazan “jurnalist”, ona bu informasiyanı ötürən “mənbə” niyə həmin o məhkəmənin hər hansı bir sənədini ortaya qoymur? Bu qədər həyasızlıq və qeyri-peşəkarlıqla nəyə nail olacaqsınız?
Madər Musayev dəfələrlə bəyan edib ki, deputat olduğu üçün hər hansı biznes fəaliyyəti ilə məşğul deyil. Amma bir də baxırsan ki, bir nəfər ağzına gələni yazıb, özünü “ağıllı” hesab edən başqa biriləri isə həmin o yazını olduğu kimi öz saytında tirajlayıb. Və yaxud da müxtəlif dövürlərdə Hacı Madərə qarşı absurd iddialarla çıxış edən reket informasiya resurslarının heç bir fakta əsaslanmadan tirajladıqları ayrı-ayrı xəbərləri ard-arda düzərək “araşdırma” adı ilə cəmiyyətə sırımağa çalışırlar. Bu adamlara deyən lazım ki, a “jurnalist”, ona-buna dərs keçirsən, demokratiyadan, söz azadlığından dəm vururusan, heç olmasa ordan-burdan oğurlayıb “ŞOK” adı ilə anons etdiyin cızma-qaranı özün oxumusanmı? Bir sözlə başlarını tülkü yuvasına soxub, arxalarından xəbərləri yoxdur.
Media obyektiv olmalıdır. Bu onun təməl prinsiplərindəndir. Təəssüf ki, Azərbaycan mediasında söz və fikir azadlığından sui-istifadə edərək insanlara böhtan atan kifayət qədər qeyri-peşəkarlar var. Onlar jurnalist deyillər, sadəcə bu ad altında sığortalanıb açıq reketliklə məşğuldurlar.
Vaxtilə Hacı Madər Musayevin mətbuata verdiyi müsahibələrində səsləndirdiyi fikirləri kontekstdən çıxararaq istədikləri kimi təqdim edirlər. Şəhərdə şütüyən və sonu “012” ilə bitən nömrə nişanlı bütün avtomobillərin ona aid olduğunu, adı və özü olmayan “Fovarit” adlı maağazalar şəbəkəsinin sahibi olduğunu iddia edir, seçiciləri ilə heç zaman görüş keçirmədiyini vurğulayırlar. Sadə məntiqi və elementar riyazi qabiliyyəti olan istənilən oxucu bu yazıları oxuyanda onun müəllifinin yeddi arxa dönəninə lənət oxuyar. Əgər bir jurnalist hazırda ölkədə heç bir “Fovarit” mağazalar şəbəkəsinin fəaliyyət göstərmədiyini bilmirsə, deməli, onun araşdırma yazısının əlifbasından belə xəbəri yoxdur. Və yaxud da yazırlar ki, “Binəqədidə Hacı Madəri heç kim tanımır”. Bu bədbəxlərin hələ xəbəri yoxdur ki, Hacı Madər 20 minə qədər seçicisi olan Binəqədi qəsəbəsində anadan olub və bu günə qədər də həmin qəsəbədə yaşayır. Əgər o “jurnalist” Hacı Madərin seçicilərə münasibəti haqqında məlumata malik deyilsə, deməli, yazdıqları başdan-ayağa qərəzlidir. Yox, qərəzli deyilsə, onda buyursun, Madər Musayevin Milli Məclisin üzvü kimi deputat səlahiyyətlərindən istifadə edərək dövlətin müvafiq strukturları qarşısında seçicisinin problemlərinin həlli istiqamətində irəli sürdüyü təşəbbüslərdən yazsın. Yazmazlar, daha doğrusu yaz bilməzlər. Bilirsiniz niyə? Ona görə ki, Madər Musayevə böhtan atmaqla ondan nə isə qoparacağlarınız düşünürlər. Bunu açıq-aşkar ifadə etməsələr də saytlarının ümumi “görüntüsü” belə deməyə əsas verir.
Əlbəttə “reket media”nın namizəd ovunun əhatə dairəsinə təkcə Madər Musayev düşmür. Seçicisi ilə işləyən çox az sayda millət vəkili var ki, bu tip anqurt medianın “qara siyahısında”dır. Yazırlar ki, bu adam deputatlığa yaramır, o yaramır. Yaxşı bəs kim yarayır? Bu kimi absurd suallarla oxucu qarşısına çıxan “jurnalistin” “Deputatın statusu haqqında” Qanundan xəbəri ola bilərmi? O bədbəxt hələ bilmir ki, parlament üzvü icraedici deyil, qanunverici orqandır və onun üçün yaş məhdudiyyəti yoxdur. Bu “klaviaturaya sarılan” “google jurnalistləri” boş başlarına vurmurlar ki, internetdən özü kimilərin yazdıqlarını “kopi past” edib tirajlamaqla heç nəyə nail ola bilməyəcəklər.
Deputatlıq təkcə danışmaqdan ibarət deyil, həm də əməli fəaliyyət tələb edir ki, xalq da öz tərəzi gözü ilə kimin hansı işlə məşğul olduğunu görür. Bütün Azərbaycan, hətta seçiciləri də bilir ki, Hacı Madər gördüyü işləri reklam edən adam deyil, amma bu o demək deyil ki, seçicisi ilə işləmir. Buna baxmayaraq il ərzində tanınmış xəbər saytlarına, qəzetlərə bir neçə dəfə müsahibələr verir, seçildiyi ərazidə təşəbbüsü ilə görülən işləri xatırladır. Lakin yenə də baxırsan ki, bəziləri məqsədli şəkildə özlərinə lazım olan qeyri-dəqiq informasiyalarla ictimaiyyəti yanlış yönləndirirlər. Guya Hacı Madər Milli Məclisin hər iclasında danışsa nə olacaq ki? Bu dəfə başqa şey yazacaqsınız. Çünki bu sizin şakərinizdir. Sizi media cameəsi və Azərbaycan ictimaiyyəti yaxşı tanıyır. Bir az ədalətli olmaq, məsələlərə obyektiv yanaşmaq hər KİŞİnin, heç hər qadının da işi deyil.
S.Süleymanov
Xəbər 2251 dəfə oxunub.