Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


08.06.2023  16:26 

Uşaqlar buranı ikinci evləri kimi bilirlər - Lalə İsrafilova





A+  A-

"Fiday" Uşaq Bağçasının rəhbəri Lalə İsrafilovanın müsahibəsini təqdim edirik:

- Lalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən ixtisasca pedaqoqam. Uşaqları çox sevirəm. Uşaqlara olan sevgim məni bu sahəyə gətirib çıxartdı. Özümü hər zaman bir müəssisənin rəhbəri kimi görürdüm. Düzdür, əvvəl özüm fərdi olaraq uşaqları hazırlaşdırırdım. Sonra gördüm ki, tələbat artır. Ona görə də belə bir mərkəz yaratmağa qərar verdim. Ətrafıma peşəkar komanda yığıb çalışmağa başladım. Onu da qeyd edim ki, fəaliyyətə başlamağımda ilk dəstəkçim atam və ailəm olub. Mən hər uğurumu atamın mənə olan duaları və güvənini borcluyam. Ailəmin mənə olan etibarı mənim üçün çox önəmlidir.



- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq üç ildir ki, fəaliyyətdəyik. Özüm isə 2011-ci ildən etibarən ingilis-dilini tədris edirəm.

- Rəhbəri olduğunuz bağçada uşaqlara hansı xidmətlər göstərilir?

- Mərkəzimizdə erkən inkisaf, məktəbəqədər hazırlıq, mini bağça, ibtidai sinif hazırlığı, fənn hazırlığı, loqoped və psixoloq xidmətləri və s. var. Bundan başqa, problemli uşaqlar üçün də gözəl şərait yaratmışıq. Onlar üçün də xidmətlər təşkil etmişik və gözəl nəticələrimiz var.

- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?

- Bir yaşdan yuxarı olan bütün uşaqlari Bağçamıza qəbul edirik. Onu da qeyd edim ki, bizim bütün müəllimlərimiz peşəkardır.



- İs prinspiniz nədən ibarətdir?

- İnkişaf edib irəliyə getmək əsas iş prinsipimizdir. Uşaqların inkişafında onlara dəstək olmaq əsas məqsədlərimizdəndir.

- Xarakter olaraq necə birisiniz?

- Şir bürcü altında doğulmuşam. Bəzən özümdən tez çıxıram (gülür). Amma dostluqda sadiq insanam. Mənəvi dəyərlər mənim üçün əsas meyardır.

- Ailəlisinzimi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Bir mütəxəssisi olaraq nəyə "yox" deyirsiniz?

- Mən bağçaya işçi götürəndə komandamızı özüm kimi yetişdirmək istəmişəm hər zaman. Özüm uşaqlara davranışımla onlara örnək olmağa çalışmışam. Uşaqlara sevgi aşılmaqdan zövq alıram. Uşaqlar buranı ikinci evləri kimi bilirlər.



- Valideynlərə nə məsləhət görürsünüz?

- Uşaqlarını bağçaya qoyarkən düzgün seçim etsinlər. Ətraflı araşdırsınlar. Bir də ki, uşaqlarının bağçaya öyrənməyi üçün səbr göstərsinlər.

- Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayin, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, valideynlərin və uşaqların bu qədər sevgisini, güvənini qazanaram.

Xəbər 5957 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +