Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


24.10.2018  10:16 

Əli Həsənov ərəb jurnalistlərlə görüşdü





A+  A-

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov ölkəmizdə səfərdə olan İslam Ölkələri İnformasiya Agentlikləri İttifaqının nümayəndə heyəti ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycanın tarixindən, mədəniyyətindən, xalqımızın adət-ənənələrindən, İslam dininin bu bölgədə yayılması və spesifikasından, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyətindən, ölkəmizdə mövcud olan multikultural, tolerant cəmiyyətdən danışıb.

Bildirib ki, Azərbaycan müsəlman ölkəsi olsa da, dünyəvi dövlətdir. Dünyada dinlər arasında baş verən qarşıdurmalara, ayrı-seçkiliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Azərbaycanda məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar, Alban kilsəsi də fəaliyyət göstərir. Prezidentin köməkçisi Azərbaycan ilə İslam ölkələri arasında əlaqələrə, respublikamızın İslam Əməkdaşlıq Təşkilatına verdiyi töhfələrə də toxunub.

Əli Həsənov, həmçinin qonaqlara Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra keçdiyi şərəfli yol, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan dövlətinin qurulması, Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə əldə olunan nailiyyətlər, xüsusilə də qeyri-neft sektorunun, turizmin inkişafı istiqamətində görülən işlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları barədə məlumat verib.

Sonra Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi nümayəndə heyəti üzvlərinin suallarını cavablandırıb.

Ərəb ölkələrinin media təmsilçiləri Azərbaycandakı multikultural və tolerant mühitin, Bakının gözəlliyinin, bütövlükdə Azərbaycanda müşahidə etdikləri inkişaf prosesinin onlarda zəngin təəssürat yaratdığını vurğulayıblar.

Xəbər 1673 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +