Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


23.10.2018  11:32 

Sürücülərin nəzərinə - Yeni qaydalar belədir





A+  A-

Hüquqşünas Ərşad Hüseynov "Yol hərəkəti haqqında" qanuna avtomobillərin texniki baxışı ilə bağlı edilən dəyişikliyi yenidən şərh edib.
XəzərNews.az xəbər verir ki, onun sözlərinə görə, sözügedən qanuna iyun ayında edilən dəyişikliklər Nazirlər Kabinetinin 40 saylı qərarına da daxil edilib:

“Birincisi,kağızda (şüşəyə yapışdırılan) texniki baxış talonu ləğv edildi. Bundan sonra yalnız elektron talon tərtib olunacaq, DYP-nin mərkəzi informasiya sisteminə və sürücünün elektron kabinetinə yerləşdiriləcək. İkincisi, baxışın vaxtı dəyişdi. Əvvəllər olduğundan fərqli olaraq, nəqliyyat vasitəsi növünə və istehsal ölkəsinə görə baxışa təqdim edilməyəcək. Yeni qaydaya əsasən, nəqliyyat vasitəsi axırıncı dəfə hansı gün baxışdan keçibsə, gələn il (gələn dəfə) də həmin gündən gec olmayaraq baxışdan keçirilməlidir. Həmin gündən sonra 20 gün ərzində baxış olmasa, belə avtomobili idarə edən sürücü cərimələnəcək. Məsələn, əvvəlki il 10 mayda baxışdan keçən avtomobil növbəti texniki baxış ili 30 mayadək baxışdan keçirilməsə, onu yolda idarə edən sürücü 50 manat cərimə olunacaq (özü də elektron qərarla).

Minik avtomobilləri və 3,5 tonadək olan yük avtomobilləri, onların qoşquları və motosikletlər istənilən nasazlığı olsa da texniki baxışdan keçirilməli və texniki baxış talonu tərtib edilməlidir. Texniki baxış zamanı nasazlıqlar aşkar edildikdə nəqliyyat vasitəsinin sahibinə həmin nasazlıqlar barədə sadəcə bildiriş verilir və həmin nazaslıqların aradan qaldırılması tövsiyə olunur. Həmin nəqliyyat vasitəsi növbəti, yəni gələn ilki və ya iki ildən sonrakı texniki baxışdan keçirilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, həmin nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi elektron talon verilməməlidir. Bu o deməkdir ki, qeyd olunan nəqliyyat vasitələrinə hər bir halda, ən ciddi nasazlıq olsa da, baxış talonu verilməli, sürücü buna görə geri qaytarılmamalıdır”.

3-cü yeniliyi paradoksal hesab edən ekspert dəyişikliyi bu cür şərh edib: “Loru dildə bu o deməkdir ki, məsələn, siz avtomobilinizi 3 təkər üstündə baxışa gətirirsiniz. Təkərinin biri olmasa da, ona baxış talonu verilməlidir və sizə məsləhət görülməlidir ki, gedin 4-cü təkəri də maşının altına qoyun. Siz də gələn ilki texniki baxışa gələnədək 4-cü təkəri də tapmalısınız, tapmasanız gələn il avtomobilinizi baxışdan keçirə bilməyəcəksiniz. Ancaq qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 342.2-ci və 342.5-ci maddələri qüvvədə qalır. Yəni, 3 təkərli avtomobilinizi baxışdan keçirməlidirlər, amma onu küçədə saxlayanda bu nasazlığı aradan qaldıra bilməsəniz, cərimələnə bilərsiniz”.

Xəbər 2206 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +