Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


15.05.2017  10:28 

Generalın ölüm xəbəri yayıldı





A+  A-

Yaxın dövrlər Azərbaycanda siyasətlə məşğul olmuş, «Azərbaycan Yolu» Siyasi Hərəkatı adlı təçkilatın sədri İlqar Qasımovun ölüm xəbəri yayılıb.
Azərbaycanda Rusiya ədliyyə orqanlarının generalı kimi tanınmış İlqar Qasımovun bu gün üç mərasimin keçirildiyi, onun Sabirabadda dəfn edildiyi bildirilir.
Məlumatı İlaqar Məmmədovu tanıyan Sabirabad sakinləri təsdiqləyiblər.

Mərhumun ölüm səbəbi barədə dəqiq məlumat verilmir.

Xatırladaq ki, İlqar Qasımov 1995 - 2010-cu illərdə müəyyən fasilələrlə Azərbaycanda fəali siyasətlə məşğul olub. O. 1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra təxminən iki il ADP-nin Ali Məclisinin sədri olub. İ.Qasımov ADP-yə Ədalət Partiyasının üzvü kimi gəlmişdi.

Sonralar isə Ədalət Partiyasının sıralarını tərk etmişdi.

Qeyd edək ki, İlqar Qasımov ilk evliliyi tanınmış teleaparıcı Nərgiz Cəlilova ilə olmuşdu. Bu izdivacdan onların bir qızı dünyaya gəlib. Sonralar cütlük boşanmışdı.

2011-ci ildə İ.Qasımov yeni ailə həyatı qurmuşdu. Onun ikinci evliliyindən bir oğlunun dünyaya gəldiyi barədə məlumatlar var.

Allah rəhmət eləsin...

(modern.az)

Xəbər 1753 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +