Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


14.08.2021  11:35 

Niyaz Niftiyevə görə Ombudsmana mürəciət edildi: “Həyatı üçün təhlükə var”





A+  A-

Binəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyevin ailə üzvləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət ediblər.
Bu barədə XəzərNews.az-a Niyaz Niftiyevin qardaşı Mustafa Niftiyev məlumat verib.

Onun sözlərinə görə, müraciətdə Niyaz Niftiyevin hüquqlarının kobud şəkildə pozulması, buna görə də aclıq aksiyasına başlaması xüsusi qeyd olunub. Bildirilib ki, onun səhhətində ciddi problemlər var və aclığı davam etdirərsə həyatına təhlükə yarana bilər:

“Hörmətli Səbinə xanımdan xahiş etmişik ki, bu məsələləri nəzarətə götürsün. Onun vəziyyəti anidən dəyişə və həyatını itirə bilər”.

Müraciətdə Niyaza qarşı irəli sürülən ittihamlar barədə də məlumat verilib və qeyd edilib ki, məhkəmə araşdırması zamanı bu ittihamlar öz təsdiqini tapmayıb: “Bakı Ağır Cinayətlər Məhkəməsində çağırılıb dindirilən bütün şahidlər Niyaz Niftiyevin xeyrinə danışıblar, ibtidai istintaq zamanı verdikləri ifadələrdən, yəni Bələdiyyə sədri qismində Niyaz Niftiyevə rüşvət vermələri ittihamından imtina ediblər. Eyni zamanda, Bələdiyyənin əvvəlki sədri Mətanət Nəsibov, işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər. Niyaz Niftiyevin onların imzalarını saxtalaşdırması barədə ittihamı inkar ediblər. Bununla da Niyaz Niftiyevə qarşı irəli sürülən ittihamlar öz əhəmiyyətini itirib.

Bundan sonra isə məhkəmə prosesində şübhəli məsələlər ortaya çıxıb. Ötən dövrdə məhkəmə prosesi heç bir ciddi səbəb olmadan, müxtəlif bəhanələrlə 7 dəfə təxirə salınıb. Araşdırma prosesi lüzumsuz olaraq 16 aydır ki, uzadılır. Niyaz Nifiteyev barədə bəraət qərarı çıxarılmır, nə də hökm verilmir. Niyaz Niftiyev baş verənlərə etiraz olaraq 10 avqust 2021-ci il tarixdən etibarən aclıq aksiyasına başlayıb, haqq və hüquqlarının bərpa edilməsini tələb edir".

Qeyd edək ki, Niyaz Niftiyev prokurorluğun ona qarşı qərəzli addımlar atmasına, məhkəmə prosesinin qəsdən uzadılmasına, hüquqlarının müdafiə etməsi üçün lazımi şəraitin yaradılmamasına etiraz olaraq, avqustun 10-dan aclıq aksiyasına başlayıb.

Xəbər 1621 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +