İran bu tarixdə hücum planlaşdırır - ŞOK MƏLUMAT
Bu gün Milli Kino Günü qeyd olunub -Foto, video
Prezident Viola Amherdə təbrik məktubu ünvanlayıb
Tahir Kərimli seçkilərdə iştirak etməyəcək
Prezident Şuşada 2-ci Qlobal Media Forumda - CANLI
Prezident Lyuk Friden ilə görüşüb
QHT Qubada tat icması ilə görüş keçirdi - Foto/Video
Azərbaycanlıların Türkiyədə milli istiqlal mübarizəsində iştirakı
Prezident Pakistan səmasında belə qarşılandı - Foto/Video
Tələbləri pozanlar cəzalandırılacaq -MSK sədrindən XƏBƏRDARLIQ


02.11.2023  21:26 

“Gediş haqqı artacaq, həm metroda, həm də…” - ANONS





A+  A-

Bakı Metropoliteni” QSC-nin sədr müvani Hidayət Məmmədov, “Azərtac”a müsahibəsində, 2022-ci ildə bir sərnişinin daşınması üçün 0.68 AZN-nin sərf olunduğunu bildirib.

2023-cü ildə tariflərə də yenidən baxıldığını və bir gediş haqqının 40 qəpik təyin olunduğunu xatırladan rəis müavini, 2018-ci ilin hesabatına istinad edib:

“Həmin il bir sərnişinin daşınmasının maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi.

Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi”.

H.Məmmədovun bu sözləri əslində cəmiyyətə bir siqnaldır və belə aydın olur ki, QSC 2024-cü ilin yanvar ayında gediş qiymətlərinin qaldırılması üçün yenidən Tarif Şurasına müraciət edə bilər. Artıq Bakı sakinləri arasında bununla bağlı müzakirələr də artıb.

Hamını bir sual düşündürür: Gələn il gediş haqları artırılacaq?

Xəzərnews.az xəbər verir ki, sualı Bizim.Media üçün cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli “Bakı Metropoliteni”nin keçmiş və indiki rəhbərliyinin maya dəyərinin yüksək olması ilə bağlı açıqlama verdiyini xatırladıb.

Onun sözlərinə görə, amma bu günə qədər hesablama metodologiyasını bir dəfə də olsun, göstərməyiblər:

“Hesabalama zamanı hansı parametrlərdən istifadə olunur, bəlli deyil. Bunun müxtəlif üsulları var. Əslində maya dəyəri hesablanarkən, qurumun kommunal xərcləri, əmək haqları və vergiləri toplanır və onların cəminin sərnişinin sayına bölünməklə tapılmalıdır. Amma gəlirlər tək bundan ibarət deyil və onların həm reklam, həm ticari gəlirləri, həm də dövlət tərəfindən ayrılan dotasiyaları var.

Hətta 2024-cü ilin büdcəsində də 50 milyon manatlıq dotasiyanın ayrılması nəzərdə tutulub. Bundan başqa, ölkəmizdə gediş haqqı deyiləndə, birdəfəlik gediş nəzərdə tutulur ki, bu da köhnəlmiş və yanlış yanaşmadır”.

Ekspert qeyd edib ki, artıq dünyanın hər yerində məsafəyə və zamana görə gediş haqları müəyyən olunur:

“Avropanın bəzi ölkələrində bütün nəqliyyat növləri üçün həm bir saatlıq, həm də bir illik biletlər satılır. Amma bizdə birdəfəlik gediş haqqının həm maya dəyəri hesablanır, həm də bunun üzərindən müzakirə aparılır”.

Əgər “Bakı Metropoliteni” gediş haqlarını qaldırarsa, bu, avtobuslara da təsir edə bilərmi?

Ekspert, metroda baş verə biləcək bahalaşmanın yerüstü nəqliyyata da təsir edəcəyini diqqətə çatdırıb: “Çox güman ki, bu, baş verəcək. Ona görə ki, mərkəzləşdirilmiş qaydada idarəolunma ilə bağlı müəyyən addımların atılması tələb olunur. Hətta qiymət artımı bütün sahələri əhatə edə bilər”.

Xəbər 784 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.08.2024  19:07 

Hakan Fidan Misirə səfər edəcək

03.08.2024  18:58 

Laçında mina hadisəsi baş verib

03.08.2024  18:54 

Sumqayıtda bıçaqlanma olub

03.08.2024  15:39 

İranda nə baş verir?

02.08.2024  14:40 

Rza Rzayev azadlığa buraxılıb

01.08.2024  12:01 

Hikmet Elp mükafatlandırıldı

30.07.2024  13:38 

TƏBİB-dən yeni təyinat -Foto


BÜTÜN XƏBƏRLƏR +