Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


13.08.2023  15:48 

Sehr-cadu və tilsimdən necə xilas olaq?





A+  A-

Sehr-cadu və tilsimdə həqiqət var (mahdavibahrami.blogfa). İslam, məsumlar və ariflər sehr-cadu və tilsimin şəriətə zidd olduğunu bildirsə də onun yalan olduğunu iddia etməyib. Hər halda bu şeytani iş arxasınca gedən və insanlara zərər vuranlar var. Belə məqamlarda şərdən qurtuluş yolları var, sehr-cadu və tilsimdən zərər çəkmiş insan həmin yollarla xilas ola bilər.

Mərhum Ayətullah Behcətin sehr-cadu və tilsimdən xilas olmaq üçün göstərişi:

1. Azan vaxtı yaşadığınız yerdə sübh namazındakı kimi uca səslə azan deyin;

2. Sübh namazından sonra sübh namazındakı kimi uca səslə Qurandan 50 ayə oxuyun;

3. Məuzəteyn (Fələq və Nas) surələrini çox oxuyun;

4. Yatmazdan qabaq “Çəhar (4) Qul” surələrini (Kafirun, İxlas, Nas, Fələq) oxuyun;

5. Özünüzlə cib üçün də olsa Quran gəzdirin;

6. Evdə (lövhədə, divarda) Ayətəl-kürsi olsun...

Sehrin nə zaman yarandığına aid bir məlumat yoxdur. Ancaq onu demək olar ki, çox qədim zamanlardan bəri insanların arasında yayılmışdır.

Quranda 51 dəfə işlənən sehr sözünü araşdıraraq, bu nəticəyə gəlmək olur ki, Quranın nəzərinə görə sehr iki hissəyə bölünür:

Qurani-Kərimdə buyurulur:

“Musa dedi: Xeyr, siz atın. (Onlar atdılar.) Beləliklə onların kəndir və əsaları sehr nəticəsində birdən Musanın xəyalında sürətlə (ora-bura) gedən təsəvvürü yaratdı”./“Taha” surəsi, ayə 66.

Yəni, göz aldatmaq kimi əməllər sehr deyildir.

“Dedi: «Siz atın». Beləliklə elə ki, (cadugərlik alətlərini) atdılar camaatın gözlərini (sehrlə) bağladılar və onları çox qorxutdular və böyük bir sehr yaratdılar”./“Əraf” surəsi, ayə 116.

Ancaq Quranın bəzi ayələri vardır ki, bildirir sehr həqiqətdir.

“Və dedi: "Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir"”./“Muddəssir” surəsi, ayə 24).

Bu ayədən belə nəticə çıxartmaq olar ki, əşyalara təsir qoya bilən sehr mövcuddur.

“Və düyünlərə üfürən (cadugər) qadınların şərindən”./“Fələq” surəsi, ayə 4.

Bunu qeyd edək ki, sehrlərin bir çoxu avam insanların qarşısında əşyaların kimyəvi və fiziki xasiyyətindən istifadə edərək, nümayiş etdirilir.

Misal üçün, Hz. Musanın (ə) dövründəki cadugərlər öz kəndirlərinə bir qədər kimyəvi maddə sürtürdülər və bu kəndir günəş şüasının üstünə dəyməsi ilə qəribə bir görüntü verirdi. Tamaşaçılar elə bilirdilər ki, o, hərəkət edir.

Bəs İslam dininin sehrə münasibəti necədir?

Dinimiz sehr və cadunu haram bilir.

İmam Əli (ə): “O kəs ki, sehr öyrənər - az və ya çox kafir olar, Allahla olan rabitəsi tamamilə qət olar”.

Hz. Peyğəmbər (s): “Hər kim sehrbazın, ya kahinin, ya yalançının yanına gedər və dediklərini təsdiq edərsə - Allahın göndərdiyi bütün səma kitablarına görə kafir olmuşdur”.

Beləliklə deyə bilərik ki, sehr və cadu bütün zamanlarda mövcud olmuşdur.

Dinimiz həmişə ona qarşı olmuş və sehrlə məşğul olmağı qadağan etmişdir.

Cismi fani bilənlər ruhlarının gözəlləşdirilməsinə əhəmiyyət verərlər.

T.Abbaslı


Xəbər 5617 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +