Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


18.12.2023  11:32 

Qızılcanın diaqnozu necə təsdiqlənir?





A+  A-

Xəzərnews.az Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, epidemioloq Nigar Mütəlibovanın müsahibəsini təqdim edir:

- Nigar xanım, ilk öncə qızılca xəstəlyi haqqında ümumi məlumat verərdiniz...

- Qızılca - kəskin infeksion virus mənşəli xəstəlik olub, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnəməsi və ləkəli-papulyoz səpkilərlə səciyyələnir. Bu xəstəliyə yalnız insanlarda rast gəlinir.
Qızıca istənilən yaşda müşahidə edilir. Lakin 1 yaşdan 4-5 yaşa qədər uşaqlar arasında daha çox rast gəlir, 6 aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər. 3 aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir.
Xəstə insandan yoluxma səpgilərin əmələ gəlməsindən 4-5 gün əvvəl və səpginin yaranmasından 5 gün sonra baş verə bilər.

- Yoluxma necə baş verir və hansı əlamətlər ilə təzahür edir?

- İnfeksiyanın ötürülməsi hava-damcı yolu ilə baş verir. Öskürmə, asqırma zamanı qızılca virusu yuxarı tənəffüs yollarının selik hissəcikləri vasitəsilə ətraf mühitə ifraz olunur və hava axını ilə böyük məsafələrə yayıla bilər.
Qızılcanın klinik mənzərəsində 3 dövr ayırd edilir: kataral və ya başlanğıc (prodromal), səpkilər və piqmentasiya.
Xəstəliyin başlanğıc dövrü bədən temperaturunun 38,5-39°C-yə qədər artması, yuxarı tənəffüs yollarının və konyunktivanın zədələnməsi ilə səciyyələnir. Zökəm, boğazda ağrı, quru öskürək, bəzən xəstələiyin başlanğıcında inağ (krup) sindromu inkişaf edir. İşıqdan qorxma, konyunktivanın hiperemiyası, göz qapaqlarının şişkinliyi müşahidə olunur.
Səpgi dövrü xəstəliyin 4-5-ci günündən başlanır və ləkəli-papulyoz səpki ilə səciyyələnir. İlk səpki elementləri qulaqarxası, burun darağında xırda ləkələr şəklində meydana çıxır ki, onların da ölçüləri sürətlə böyüyür, bəzən birləşir. Bir sutka ərzində səpgi tezliklə üzdə, boyunda yayılır, ayrı-ayrı elementlər şəklində döşdə və kürəyin yuxarı hissəsində əmələ gəlir. Sonrakı günlərdə yuxarı və aşağı ətraflarda qeyd olunur.

- Qızılca xəstəliyində hansı ağırlaşmalar mümkündür?

- Qızılca zamanı ağırlaşmalar xəstəlyiin istənilən dövründə baş verə bilər. Onlar əsas etibarilə ikincili infeksiyanın qoşulması ilə bağlıdır. Fəsadlaşma tənəffüs yollarının iltihabi ilə (bronxit, pnevmoniya), orta qulağın iltihabı (otit), baş beyin və onurğa beyin qişasının iltihabı ilə (meningit, ensefalit, meninqoensefalit) təzahür edir.

- Qızılca zamanı hansı əksepidemik tədbirlər görülməlidir?

- Əvvəlcə qızılca ilə yoluxan şəxslər səpgi göründükdən sonra 5 günə qədər təcrid olunurlar. Ağırlaşmalar olarsa, təcrid edilmə 10 günə qədər uzanır. Xəstə ilə təmasda olan şəxslərə, xəstəliyə yoluxmamış uşaqlara qamma-qlobulin vurulur (passiv immunizasiya).
Adətən ocaqda dezinfeksiya tədbirləri aparılmır. Mütəmadi olaraq gündəlik təmizləmə işləri aparılır və otaq havalandırılır.
Qızılcanın profilaktikası kompleks tədbirlərin aparılmasından ibarətdir. Uşaq müəssisələrində qızılcanın yayılmasının qarşısının alınmasında mühüm tədbir erkən diaqnostika və xəstənin vaxtında təcrid olunmasıdır.
Xəstə müəyyən edilən infeksiya ocağında peyvənd olunmuş uşaqlar müşahidə edilməlidir. Xəstə ilə təmasda olan peyvənd olunmayan uşaqlar isə təcrid olunmaqla müşahidə olunmalıdırlar. Təmasdan sonra 72 saat ərzində peyvənd olunması tövsiyə edilir.

- Qızılcanın diaqnozu necə təsdiqlənir?

- Digər infeksiyalarda olduğu kimi, qızılca xəstəliyinin də diaqnozu laborator müayinələrin aparılması nəticəsində təsdiqlənir. Xəstəliyini törədicisi virus olduğu üçün onun diaqnostikası virusun spesifik zülal tərkibli hissəsinin, yəni antigenin aşkarlanması ilə (seroloji üsul) və ya polimeraz zəncirvari reaksiya vasitəsilə virusun genetik materialının aşkarlanması ilə aparılır.
Qızılca xəstəliyi ilə mübarizədə ən effektiv vasitə peyvənddir. Azərbaycanda Səhiyyə Nazirliyi tərəfindən gətirilən qızılca, parotit və məxmərək xəstəlikləri ilə mübarizədə 3 komponentli vaksin istifadə olunur.

Xəbər 9450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +