Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


14.02.2024  17:40 

Ənənəvi Türk səhər yeməyi: Günün qızıl yeməyi





A+  A-

Dünyanın ən məşhur mətbəxlərindən biri olan Türkiyə səhər yeməyi mədəniyyəti ilə xüsusi seçilir. Tez-tez “Qızıl Yemək” kimi təsvir edilən ənənəvi türk səhər yeməyi həqiqətən unudulmaz bir təcrübədir, çünki Türkiyədə səhər yeməyi təkcə günün yanacağı deyil, həm də möhtəşəm bir macəradır.

Türk səhər yeməyi mədəniyyətinin əsasları

Ənənəvi türk səhər yeməyi tulum, kaşar, həmçinin ağ pendir, çökelek (kəsmik) və mihaliç pendir çeşidlərindən ibarətdir. Süfrədə təzə xiyar, pomidor, bibər və göyərtilərlə yanaşı, ölkənin Marmara və Egey bölgələrindən gələn yaşıl və qara zeytun, bal, evdə hazırlanmış mürəbbə və qaymaq da olur. Təzə bişmiş xırtıldayan çörəklər, simit və “ince belli” stəkanlarda isti türk çayı ilə tamamlanır. Türk səhər yeməyinin digər vacib və məhşur elementi, yumurta, pomidor və bibərdən ibarət ləzzətli yemək olan menemendir. Yeməyi tamamlamaq və həzmi asanlaşdırmaq üçün bu zəngin süfrədən sonra türk qəhvəsini unutmamaq lazımdır.



Yerli Türk səhər yeməyi: Ege, Karadeniz, Van və Gaziantep

Türkiyənin xoşbəxtlik sahilində təqdim olunan tipik Ege səhər yeməyi təzə tərəvəzlər, göyərti və yerli zeytunlarla zəngin sağlam və yüngül ləzzətləri vurğulayır. Təzə çörək yerli istehsal olan sızma zeytun yağına batırılır və ya Bergama tulum pendiri ilə yeyilir. Mürəbbələr qızılgül, ərik, əncir, çiyələk, qara tut, heyva, sitrus meyvələri, nar və hətta badımcan, göyərti, qoz və ya naringi qabığı kimi yerli məhsullardan hazırlanır. Təzə kəsmik və qovrulmuş göyərtidən hazırlanan otlu xəmir də Ege səhər yeməyi süfrələrinin vazkeçilməzləridir.

Karadeniz bölgəsində səhər yeməyi süfrələri turşu tavalı (təzə lobya), qarğıdalı çörəyi, kayqana və Laz böreği (xəmir) kimi regional yeməklərlə zəngindir. Karadeniz səhər yeməyi dedikdə ağıla ilk gələn təam şübhəsiz ki, muhlama və ya mıhlama olaraq da bilinən kuymakdır. Bu ləzzətli, pudinqə bənzəyən Trabzon səhər yeməyi bölgədə yetişdirilən qarğıdalıdan alınan qarğıdalı unu, kərə yağı və xüsusi pendirlə qovrularaq hazırlanır. Vakfıkebir çörəyini üzərində yerli kərə yağı və Anzer balı da möhtəşəm kombinasiyadır. Təbii ki, türk səhər yeməyinin tacı olan türk çayı da bölgənin məşhur çay plantasiyalarından əldə edilən yarpaqlar ilə dəmlənir.

Qastronomiya sahəsində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olan Gaziantep Türkiyədə də səhər yeməyi adətləri ilə diqqət çəkir. Gaziantep səhər yeməyinin xüsusi edən təamlar beyran şorbası, noxud qabığı, cartlak kabab, ciyər, sahan kreması, muhammara, yumurtalı piyaz və katmer kimi yerli yeməkləridir. Günə enerjili başlamaq üçün bu təamlar əvəzsizdir.

Şərqin incisi olan Vanın türk səhər yeməyi mədəniyyətində özünəməxsus yeri var. Türkiyənin ən zəngin səhər yeməyi olaraq qəbul edilən Van səhər yeməyi şəhərin coğrafi baxımdan qeyd olunan otlu pendirini və ənənəvi Van çörekini (xüsusi xəmir məhsulu), həmçinin murtuğa - un və kərə yağı ilə bişmiş yumurta və çox köhnə təam olan kavutu (halva) vurğulayan mərasimdir. Van səhər yeməyinin variantları ölkə daxilində tapılsa da, bu səhər yeməyini mənbəyində yemək həqiqətən məmnunedici və misilsiz bir təcrübədir.



Xəbər 4743 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +