Seçkiləri Azərbaycan diasporu da yaxından izləyəcək - Elşad İbrahimov
“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib


09.07.2019  11:08 

“O, nə kişi, nə də Qafqaz oğlu sayılır”





A+  A-

“Gürcüstanın Prezidenti, Baş Naziri jurnalist Georgi Qabuniyanın hərəkətinə görə Vladimir Putindən dərhal rəsmi və ictimai formada üzr istəməlidir”.
XəzərNews.az xəbər verir ki, bu fikri Çeçenistan lideri Ramzan Kadırov “Rustavi 2” kanalının efirində jurnalistin Rusiya Prezidentini və valideynlərini təhqir etməsinə münasibət bildirərkən səsləndirib.

Kadırov hesab edir ki, hər şey kanalın düşündüyü kimi baş verib. Əks halda Qabuniyanın çıxışı elə ilk saniyədən dayandırılardı: “O, nə kişi, nə də Qafqaz oğlu sayılır. Qafqazda kişilər heç qan davası olduğu şəxslərin ünvanına belə təhqiramiz sözlər işlətmirlər. Bu, Gürcüstan və gürcü xalqı üçün rüsvayçılıqdır. Jurnalistin kobud ifadələri rus xalqına, ayrı-ayrılıqda Rusiya vətəndaşlarına qarşı təhqirdir”.

Çeçenistan lideri onu da vurğulayıb ki, Rusiya vətəndaşı olan gürcülərə təsir etməyəcək formada Gürcüstana qarşı ciddi sanksiyalar tətbiq etmək lazımdır.

Xəbər 1256 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ


BÜTÜN XƏBƏRLƏR +