Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


07.04.2022  10:48 

Azərbaycan mətbuatı Brüssel görüşündən daha çox...





A+  A-

Həmişə olduğu kimi, bu yazının da oxuyanı çox olsa da reaksiya verəni az olacaq və ya olmayacaq. Yenə də yazmasaydım olmazdı.

Bu gün Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları görüşü baş tutdu, amma mətbuatımız bunu baş xəbər etmədi, hətta bu da yetməyirmiş kimi Mariya Zaxarovanın Ermənistan və Rusiya Xarici işlər Nazirlərinin görüşəcəyi xəbərinə daha çox yer və zaman ayırdı.

Bilmirəm fərqində oldunuzmu? Yox olmadınız, çünki, başınız bəsit gündəmə qarışmışdı. Jirinovski ölüb. Ay mənim saf xalqım, sizcə o öldü deyə Rusiyanın siyasəti dəyişdi? Artıq 500 ildir davam edən siyasət?! Sizcə o Rusiya dövlətinin siyasətinin bir az abardılmış amma səmimi təcəssümü deyildimi? Onun dediklərini bir-bir Rusiya dövləti etmir məgər? Niyə saf düşüncədəsiniz? Sizcə Vladimr Putin ölsə, rusiya dövlətinin işğalçılıq siyasəti dəyişəcək? Bu arada ad və soyadların kiçik hərflə və ya təhrif olunmuş formada yazılmasını zəiflik kimi qiymətləndirirəm.

Volodimr Zelenskinin siyasətini pisləyənləri (mən də onu tam dəstəkləmirəm, İslam dinini və Türkləri ələ salan komdeiyaçını, Ukrayna qan gölünə dönüb, 150 uşaq ölüb, qadınlara təcavüz olunub. Avropaya güvənmək lazım deyildi. Ukrayna bir yem kimi istifadə olunur. Sanksiyalara gəlincə, mənasızdır) Rusiyanın adamı adlandıranlar Rusiya ordusunun Azərbaycanda olmasına susurlar.

Çox ziddiyyətli. Bəlkə müsbət nəticə əldə olunacaq bu görüşdən? Niyə öncədən neqativ nəticə olacağını öngörürsünüz və Zaxarova kimdir ki, onunla bağlı xəbəri daha geniş işıqlandırırsınız, üstəlik bizə birbaşa aidiyyatı yoxdur.

Özünüz şüurda olan rus-başları da gətirib danışdırırsınız və onlarda "böyük qardaş" təsiri ilə çıxış edirlər. Demək mənim təxminlərim doğru imiş və 99 faiz Azərbaycan mətbuatı Rusiyanın əlindədir və istənilən kimi manipulyasiya edir.

Mən Azərbaycan mətbuatının mənə qarşı ögey münbasibətini indi anlayıram. Demək ki, Rusiya pərəst olmaq lazımdır və Azərbaycan Türkcəsində rus aksenti ilə danışmaq lazımdır ki, mətbuata çıxa biləsən.

Bəli, ekspert kimi gələnlərin 99 faizi ana dilini bilmir, ya ingilis aksenti ilə, ya da rus aksenti ilə danışır.

Əziz müvafiq dövlət orqanları, artıq mətbuata əl gəzdirməyin zamanıdır. Bu arada Azərbaycan mətbuatında - dostlarımın istəyi xaric - heç mən də görünmək istəmirəm, yazı yazmaq istəyim olmayanda heç izləmirəm də, çünki bayan məlumatlar verir və oyuncağa bəzəyir, səviyyəli heç bir şey yoxdur.

Azərbaycan kabel televizyaları kanalları rus dilində verir, niyə dili 5-cə faiz fərqli olan eyni kanalın Türk dilində olanını vermir?

Niyə ortaq Azərbaycan-Türkiyə universitetləri hələ də mövcud deyil?

Niyə iqtisadi reallaşdırmaları Rusiya üzərindən edirik?

Son 5 ildə rus dilinə sevgi təbliğ olunur və rus sektorunda oxuyanların sayı artıb və uşaqların ana dili rus dilidir və rusca düşünür, üstəlik Sovetlər Birliyi 30 ildir ki dağılıb. Onu da vurğulamalıyam ki, Sovetlər Birliyi zamanı rus dilində təhsil alanları qınamağa heç kəsin haqqı çatmır və rus dilli olmaq vətənpərvər olmamaq kimi qiymətləndirilməsin, necə vətənini sevən rusdillilər var.

24 saat Azmətbuat Rusiyanı təbliğ edir, rus əsgərinin ayağı sənin torpağındadırsa Jirinovskinin ölüb ölməməsi nəyi ifadə edir?!

Bu arada Rusiya Qarabağ münaqişəsini həll edəcək düşüncəsində olanlar çox sadəlöhv insanlardır. Bu münaqişənin memarı Rusiyadır.

Bayram Quliyev

Xəbər 8271 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı


BÜTÜN XƏBƏRLƏR +