“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


05.06.2018  15:26 

“Sovet hökuməti Azərbaycan dövlətini qurdu” - Qalmaqallı açıqlama





A+  A-

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin icalsı keçirilib.
XəzərNews.az xəbər verir ki, iclasda 15 rayonun 25 ərazi vahidinin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Müzakirələrdə çıxış edən sözügedən komitənin sədri Arif Rəhimzadə bildirib ki, zaman-zaman Azərbaycanın bölgələrində yer, kənd adlarının dəyişdirilməsi ilə bağlı məsələlər gündəmə gəlir, qanunvericilikdə müvafiq dəyişikliklər edilir:

“Biz isə belə hesab etdik ki, bu məsələni hər dəfə müzakirə etməkdənsə, bir dəfə müzakirə edək. Ona görə də indi 15 rayonda kənd adlarında dəyişikliklərin edilməsi ilə bağlı belə bir geniş qanun layihəsi müzakirələrə təqdim edilib. Bu dəyişikliklərə əsasən də 25 ərazi vahidinin, 13 inzibati ərazi dairəsinin adının dəyişdirilməsi nəzərdə tutulur. Yəni, inzaibati ərazi vahidinin adında dəyişiklik edilirsə, o zaman həmin dairəyə daxil olan inzibati ərazi vahidinin adında da dəyişikliklər edilməlidir”.

Komitə sədri qeyd edib ki, Sovet hakimiyyəti Azərbaycan xalqına divan çəkib: “Amma onların yaxşı işləri də olub, axı?! Sovet hökuməti Azərbaycan dövlətini qurdu. Düzdür, biz həmin dövlətlə bağlı müəyyən məsələlərdə razılaşmırıq, onu qəbul etmirik, amma bu dövlətin yaxşı işlərini də görməliyik. Hamımız sovetlər dövrünün adamlarıyıq, o dövrdə işləmişik, oxumuşuq, indi “xalq düşməni” olmalı deyilik ki?! Məsələn, Xanlar Səfərəliyevin şərəfinə, xatirəsinə hörmət əlaməti olaraq, sovetlər dövründə “Xanlar” adlı bölgə, kənd adları olub. İndi o kommunist olduğu üçün onun adını daşıyan kəndin adı dəyişməlidir? Bu, nə yanaşmadır? Burada”Çəmənli” sözü işlədildi. Biri mənə izah etsin ki, “Çəmənli” olanda nə dəyişəcək? Hesab edirəm ki, bütün adları dəyişmək olmaz. Bu, düzgün yanaşma sayılmamalıdır”.

Xəbər 1818 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +