“O söyüşləri yazanın özünə, ailəsinə...” - Sabir Rüstəmxanlı HİDDƏTLƏNDİ
“Bunun Neftçala xalqına nə dəxli var?” – Tənzilə Rüstəmxanlı tənqidlərdən danışdı
İlqar Mikayıloğlu Real TV-dən ikinci dəfə ayrılıb
Vüsalənin hamamında mənim nə işim var?!
İcra başçıları PA-ya çağırıldı
Səfir İranla bağlı mövqeyini aqressiv formada çatdırır - Mübariz Əhmədoğlu
Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox razıyıq -Prezident
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub
Prezident “Dövlət rüsumu haqqında“ qanunu təsdiqləyib
ABŞ Ermənistanda İrana qarşı 5 klasterli hərbi proqram reallaşdırır


23.12.2017  11:34 

Əmircanda ikimərtəbəli bina partladı





A+  A-

Əmircan qəsəbəsində ikimərtəbəli çoxmənzilli yaşayış binasında partlayış baş verib.
XəzərNews.az FHN-ə istinadən xəbər verir ki, partlayış binanın 2-ci mərtəbəsində yerləşən mənzillərdən birinin mətbəxində məişət qazının sızması nəticəsində baş verib. Nəticədə mənzilin arakəsmə və xarici divarları, pəncərə və qapı çərçivələri qismən dağılıb.

Partlayış zamanı ev sahibi yanıq xəsarətləri alıb və ona Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən hadisə yerində ilkin tibbi yardım göstərilib. 20 nəfər bina sakini əraziyə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Aidiyyəti qurumlar partlayış hadisəsi ilə bağlı məlumatlandırılıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər 1401 dəfə oxunub.




27.08.2024  13:23 

Kommunal xidmətlər BAHALAŞACAQ

24.08.2024  22:13 

102 yaşlı veteran vəfat etdi

23.08.2024  14:04 

Bu gün Ukraynada Bayraq Günüdür


BÜTÜN XƏBƏRLƏR +