Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib


13.04.2022  13:35 

“Moşu”nun işsiz qoyduğu Valeh Kərimov hardadır?





A+  A-

“İnstitutu bitirəndən sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov “Üzə düz” verilişində deyib.

O, evdə oturub ölümümü gözlədiyini deyib:

“Söhbət küskünlükdən getmir. Bekar insanam. Mənim də bekarçılıqdan təmiz zəhləm gedir. Mən bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir... Mən yaratmaq istəyirəm. Maaş vermə, Prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnədən ötəri gec ailə qurdum. Müəllimim dedi ki, ailəlisən? Dedim ki, subay. Dedi ki, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim evləndim. İkisindən birini seçdim. Evdə öz özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim... "

Kərimovun sözlərinə görə, “Bəxt üzüyü” filmindəki yaratdığı “Moşu” obrazı ona həyatda çox mane olub:

“İndi-indi hamı adımı bilir. İndiyə kimi “Moşu”, “xalq” deyirlər. Xalqın içindən çıxmış insandır. Orada (“Bəxt üzüyü” filmini nəzərdə tutur-red.) xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqluğu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər məndən başqa. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti “Moşu”dur, nə rol oynasa da alınmaz. Rədd edin getsin. Bu məni çox incidib. Axı məni başqa obraz üçün qrim də etmək olardı...”./“Qafqazinfo”

Xəbər 1928 dəfə oxunub.




01.10.2024  18:22 

Sabah bu ərazilərdə su olmayacaq

01.10.2024  09:10 

“XəzərNews.az” 10 yaşında


BÜTÜN XƏBƏRLƏR +