“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı


14.12.2021  13:03 

Gürcü etirazı... - Bayraq məsələsi niyə qabardıldı





A+  A-

Bəli, "Gürcü arzusu" kimi bəzən gürcü etirazını da başa düşmək olmur...

Amma bütün hallarda Gürcüstanın “3+3” platformasına qatılmaq istəməməsinə hörmətlə yanaşmalıyıq və Tiflisin Moskva görüşündəki bayraq məsələsinə etirazını da anlayışla qarşılayıb bu məsələni qapatmalıyıq.

Söhbət Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) dekabrın 10-da “3+3” əməkdaşlıq plarforması çərçivəsində Moskvada keçirilmiş məsləhətləşmələr zamanı bu ölkənin dövlət bayrağının görüş zalında digər 5 ölkənin bayrağı ilə birgə qoyulmasına etiraz bildirməsindən gedir.

Bəli, Gürcüstan tərəfi sözügedən tədbirdə gürcü bayrağının istifadəsini qəbuledilməz hesab edir. Və qonşu ölkənin XİN-i hətta bu barədə bəyanat da yayıb.

Bəs bəyanatda konkret nə qeyd olunub?

O qeyd olunub ki, "Gürcüstan “3+3” regional formatı ilə bağlı dəqiq mövqeyini dəfələrlə bəyan edib. Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub. Əlbəttə ki, bu bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.

Maraqlıdır ki, hakim “Gürcü Arzusu” partiyasının rəhbərləri Rusiyapərəst mövqeyi ilə tanınsalar da, lakin buna rəğmən bu partiyanın idarə etdiyi Gürcüstan dövləti sözügedən platformada məhz Rusiya da təmsil olunduğuna görə orda iştirak etməkdən imtina edir.

Bu nonsensi necə başa düşmək olar?

Əslində gerçək səbəb Rusiya amili deyil. Sadəcə olaraq gürcü tərəfi "3+3" platformasını və bu platformanın əsas qayəsi olan Zəngəzur dəhlizinin reallaşdırılmasını özünün geoiqtisadi maraqlarına zidd hesab etdiyinə görə bu platformaya qatılmaqdan yayınır.

Ancaq qonşu ölkənin bu yanaşması məhdud düşüncənin məhsuludur. Sözügedən platformaya qatılmaq Gürcüstan üçün daha əlverişli iqtisadi perspektivlər aça bilərdi. Zəngəzura rəqib kimi baxmaq Gürcüstanın strateji yanlışlığıdır.

Amma eybi yox, qoy olsun. Diplomatiyada zor olmur (Hərçənd ki, "zorən diplomat"lıq halları da olur). Gürcüstan bu platformaya qoşulmaq istəmirsə, onu bura məcburən qoşmaq lazım deyil.

Bu platforma Gürcüstansız da fəaliyyət göstərə bilər. "3+3" olmasın, "3+2" olsun.

Yetər ki, müsbət nəticəsi olsun.

P.S.
Yeri gəlmişkən, Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiya nümayəndə heyətlərinin təmsil olunduğu Moskva toplantısında çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Bəybala Mirzəyev

Xəbər 1327 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +