Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


18.04.2022  10:50 

Müharibənin görünməyən qəhrəmanları - Fotolar





A+  A-

İkinci Qarabağ müharibəsini parlaq qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi yazıldı. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətinin, Ordumuzun qüdrətinin və xalqımızın milli birliyinin təntənəsi oldu.

Vətən torpaqlarının azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk edildi. Bu böyük Zəfər dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Uzun illər boyunca ədalətsizliyə məruz qalan Azərbaycan xalqı qalib xalq olaraq bütün dünyaya səs saldı.

Heç şübhəsiz ki, müharibə itkisiz olmur. 44 günlük Vətən müharibəsində oğullarımız ölümün gözünə dik baxdılar, şəhadət zirvəsinə ucaldılar. İşğaldan azad olunmuş vətən torpaqlarımız şəhidlərimizin qanı ilə daha da müqəddəsləşdi. Azərbaycan xalqı hər zaman mübariz övladlarının şücaətini yüksək qiymətləndirəcək, şəhidlərimizin xatirəsi daim uca tutulacaq.

Vətən müharibəsində hərbi qulluqçularla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdi ki, şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. "Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər".



Bəli, 44 gün boyunca cəbhədə qəhrəmanlıq və şücaət göstərən təkcə hərbi qulluqçular olmadılar, bu sırada həkimlər, kiçik tibb işçiləri də var idi. Müharibə zamanı 86 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 10-u həkim, 7-si feldşer, 69-u sanitar təlimatçısı idi. Müharibə zamanı ümumilikdə 205 hərbi tibb işçisi yaralanıb. Onların 28-i həkim, 33-ü feldşer, 114-ü sanitar təlimatçısıdır.

Yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsən nəzarəti altında olub. Həmin vaxt Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsini general-mayor (o zaman tibb xidməti polkovniki idi) Elxan İbrahimov icra edirdi. Vətən müharibəsində Tibb Baş İdarəsinin fəaliyyətini tibbi təminatın, tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiqi üsulları, bütövlükdə, Vətən müharibəsində hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən məhz o təşkil etmişdi. Döyüşlərin davam etdiyi dövrdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılırdı. Elxan İbrahimov hətta təqaüddə olan təcrübəli hərbçi cərrahları belə kömək məqsədilə xidmətə cəlb etmişdir. Kimsə inkar edə bilməz ki, Müdafiə Nazirliyinin Tibb Baş idarəsinin yüksək səviyyəli fəaliyyətinin təşkilində məhz Elxan İbrahimovun böyük rolu olub. Bu gün bəzi mətbu orqanları onun fəaliyyətinə kölgə salmağa çalışsa da, həqiqət göz qabağındadır.

Təsadüfi deyil ki, hazırda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini vəzifəsində xidmətinə davam edən tibb xidməti polkovniki Elxan Paşa oğlu İbrahimova müharibədən sonra Prezident İlham Əliyev sərəncamı ilə göstərdiyi xidmətlərə görə “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi verilib, “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.



Vətən müharibəsində həkimlərimiz dəhşətli döyüşlər zamanı ağır əməliyyatlar həyata keçirir, yaralıların qısa müddətdə müalicə olunaraq xidmətə qayıtmaları üçün əllərindən gələni əsirgəmirdilər. Döyüşlərdə sanitar-təlimatçılarımız, sanitar-atıcılarımız, hərbi feldşerlərimiz, hərbi həkimlərimiz vəzifə borclarını layiqincə yerinə yetirdilər. Vətən müharibəsində yaralıların müalicəsi sırf tibb xidməti rəisinin nəzarəti altında həyata keçirilib. Döyüşlər gedən dövrdə Elxan İbrahimov rəhbərliyi altında fəaliyyət göstərmiş mobil səhra hospitalı dünyada ən mükəmməl və ən müasir mobil hospitallardan biridir. Orada həm ixtisaslaşdırılmış, həm də yüksək səviyyəli tibbi yardım göstərmək mümkündür. Orada qarın boşluğu, döş qəfəsi cərrahiyyə əməliyyatları, neyrocərrahiyyə, göz və lor xəstəliklərinin bütün müayinələri, MRT-dən başqa diaqnostikanın bütün müayinələri yüksək ixtisaslı tibb işçiləri tərəfindən həyata keçirilirdi. Vətən müharibəsində yaralıların müalicəsi sırf tibb xidməti rəisi vəzifəsini icra edən Elxan İbrahimovun nəzarəti altında icra olunurdu. Bu, Vətən müharibəsi dövründə tibb işçilərinin döyüşü idi desək, yanılmarıq.

44 günlük müharibə dövründə gecə-gündüz fasiləsiz Vətənə xidmət edən tibb işçiləri savaş bitdikdən sonra da öz vəzifələrini məsuliyyətlə yerinə yetirməyə davam edirlər. Müharibə bitsə də həkimlərin işi bitməyib. Hələ neçə-neçə qazilərimiz öz müalicələrini davam etdirir, həkimlərin sayəsində yenidən sağlamlıqlarına qovuşmağa çalışırlar.

Hazırladı:
İskəndər Quliyev


Xəbər 1981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +