Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident


16.08.2024  13:01 

“Deputat sözü insanları qıcıqlandırır” - Samirə Bağırovadan qalmaqallı açıqlama





A+  A-

Deputatlığa namizəd olanlarla bağlı səs-küylü müzakirələrin ardı-arası kəsilmir. Xəbər verdiyimiz kimi, Razi Nurullayevin yataq otağında etdiyi idman hərəkətlərini videoya çəkərək, paylaşması birmənalı qarşılanmayıb. İnsanlar onlarla səmimi ünsiyyət qurmağa çalışan, gündəlik məşğuliyyətlərini cəmiyyətlə bölüşən namizədləri ifrat səmimiyyətdə günahlandırır. Ancaq özündən razı, xalqdan uzaq olan namizədləri də heç bəyənmir.

Sual doğuran məqam budur ki, millət özünə vəkil kimi seçmək istədiyi şəxsdə hansı xüsusiyyətləri axtarır?

Xəzərnews.az xəbər verir ki, məsələni “Yeni Sabah”a şərh edən psixoloq Samirə Bağırova bildirib ki, ümumiyyətlə bizim millət stereotiplərlə yaşayan bir millətdir:

“Yəni, baş vermiş hadisələrə köklü ideallar əsasında formalaşan münasibət bəslənilir. Bu münasibət adətən zərərli ənənələr və şablonlarla sıx bağlıdır. “İnsanlar tutduğu vəzifəyə uyğun həyat yaşamalıdır” kimi düşüncələr hələ də davam edir. Məsələn, psixoloq, həkim, müəllimə və sairə kimi sahələrdə çalışan peşəkarların həyatında nə isə bir neqativ hadisə baş verirsə, onun tutduğu sahəyə şübhə ilə yanaşılır. Misal üçün, həkim içki içə bilməz, psixoloq boşana bilməz, hakimin ailəsində kriminal hadisə ola bilməz, vəkil ədalətsiz ola bilməz və sairə kimi yanlış stereotiplər beyinlərə yeridilib. Bir insan şəxsi həyatında uğursuzluqlar yaşaya bilər, amma bu o demək deyil ki, o işində peşəkar deyil. Hətta geyimlə bağlı stereotiplər də mövcuddur. Deputat işdən kənarda şortik və ya mini ətək geyinə bilməz. Bu kimi düşüncələr hələ qədimdən davam edir. Guya inkişaf etməkdə olan ölkə olsaq da, psixoloji aspektdən çox geridəyik. Ən az 50 il. Bu da o deməkdir ki, təhsil də geridədir”.

Psixoloq qeyd edib ki, deputat sözü insanlarda aqressiya yaradır:

“Razi Nurullayevə gəldikdə isə, bu gün ölkəmizdə onsuz da, xüsusən, deputatlara və ümumiyyətlə, dövlət məmurlarına hörmət aşağıdır. Çünki bunu məmurlar özləri qazanıblar. Eyni insanların təkrar deputat seçilməsi, əhalinin problemlərində soyuq münasibət, Milli Məclisdə qlobal problemlərin səsləndirilməməsi və problem danışılsa belə, problemin problem olaraq qalması kimi hallar üzündən həmin şəxslər bundan sonra səmimi olmağa çalışsalar da, insanlara bu qeyri-səmimilik kimi təsir bağışlayır. Bəlkə də, Razi bəy özlüyündə çox yaxşı bir insandır, amma “ deputat, namizəd, məmur ” sözü insanların şüuraltında neqativ və aqressiya yaradan sözə çevrilib, cəmiyyəti qıcıqlandırır. Özündən razı olan məmurlara ancaq yaltaqlar hörmət edir. Yaltaq insan isə şəxsi mənafeyini düşünən satqın və təhlükəli tipdir. Xalqın gözü tərəzidir. Bu gün sosial şəbəkə xalqın gözüdür. İzləyicilər ekspert qismində dəyərləndirmə edir. Stereotipləri qırmaq üçün, incə yanaşmaq və danışığa diqqət etmək önəmlidir”.

Xəbər 4870 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +