Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO


21.10.2019  10:21 

Bakıya 12 metrlik avtobuslar gətirilib





A+  A-

“Bakı Nəqliyyat Agentliyi tərəfindən 229 ədəd 12 metrlik avtobus gətirilib. Noyabr ayından etibarən də 18 metrlik avtobusların gətirilməsinə start veriləcək”.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.

M.Ağayevin sözlərinə görə, ümumilikdə ilin sonuna qədər 12 metrlik avtobusların xətlərə buraxılmasının yekunlaşdırılması nəzərdə tutulub:

“Son 3 ildə sərnişindaşımada göstərilən xidmətin həm keyfiyyət həm təhlükəsizlik baxımından səviyyəsinin artırılması istiqamətində ciddi iş aparılmaqdadır. Bu sahədə sərnişinlərin rahatlığının təmin edilməsi onlara yüksək səviyyədə xidmətin göstərilməsi ilə bağlı dövlət başçısı tərəfindən qarşımızda konkret tələblər qoyulub. Sərnişindaşıma dövlət başçısının daim diqqəti mərkəzindədir. Bu gün bu sahədə əldə edilən müsbət nəticələr, davam etməkdə olan islahatlar məhz bu diqqətin və qayğının nəticədə mümkün olub”.

Qurum rəsmisi bildirib ki, optimallaşdırma işləri çərçivəsində marşrut xətlərinin sayı 167-dən 150-ə endirilib:

“Bir-birini təkrarlayan xətlər ya ləğv edilib ya da birləşdirilib. Bununla yanaşı, daşıyıcı sayı 65-dən 37-ə qədər azaldılıb. Burada söhbət avtobus parkının yenilənməsindən gedir.

Bakı Nəqliyyat Agentliyi fəaliyyətə başlayan zaman bu sahədə çalışan özəl sektor avtobus parkının yenilənməsi, istismarda olan nəqliyyat vasitələrinin təmirinə elə də maraqlı deyildilər. Lakin qısa vaxtda onlarla münasibətdə şəffaflıq prinsipinə əsaslanan idarəçilik və düzgün idarəetmə sayəsində vəziyyət müsbətə doğru dəyişməyə başladı”.

BNA rəsmisinin sözlərinə görə, son 1-2 ildə daşıyıcılar tərəfindən 200-dən artıq avtobus gətirilib:

“1500 avtobus əsaslı təmir edilib. Avtobuslarla yanaşı, ən vacib məqamlardan biri istehsalat bazaları ilə bağlıdır. Son 3 ildə 8 qaraj təkmilləşdirilib bu sahədə qoyulan tələblərə uyğunlaşdırılıb”.

Mətbuat katibi deyib ki, bütün avtobusların kart sisteminə keçirilməsi üçün ciddi iş aparılır.

Xəbər 1518 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +