13.04.2023 12:54
Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələyib
Avropa Məhkəməsi bu gün ümumilikdə Azərbaycandan göndərilmiş 38 şikayət üzrə 4 qərardad elan edib. Qərardadlar tərəflərin dostca anlaşmalarına və hökumətin təqdim etdiyi təktərəfli bəyannamələrə əsaslanır.
Hüseynov və 5 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə 6 ərizəçi (Füzuli Hüseynov, Ramid Nağıyev, Rəvan İsmayılov, Əlifaga Abdullayev, Rəmzi Şıxəliyev, Mətanət Mahmarzayeva) toplaşmaq və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu iddia edirdilər. Dostca anlaşmaya görə, hökumət hər ərizəçiyə 2850 avro ödəyəcək.
Ümman Səfərov və 19 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə ədalətli məhkəmə araşdırması, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Yekun qərar hökumətin təqdim etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərara görə, hökumət ərizəçilərdən Əhsən Nuruzadəyə 2250, digər 19 ərizəçinin hər birinə 1250 avro təzminat ödəyəcək.
Şahlar Həsənov və 2 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə də ədalətli məhkəmə araşdırması və azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Distca anlaşmaya əsaslanan qərara əsasən, hökumət Qorxmaz Əliyevə 1250, İlqar Hüseynov və Ş.Həsənovun hər birinə 2250 avro ödəməlidir.
Usuf Abulov və 8 başqa ərizəçi Azərbaycana qarşı
Bu işdə toplaşmaq, eləcə də azadlıq və toxunulmazlıq hüququnun pozuntusu mübahisələndirilmişdi. Tərəflər dostca anlaşıblar. Qərardada görə, hökumət ərizəçilərdən Abulov və Rövşən Əhmədliyə 4150, digər 7 ərizəçinin hər birinə 2850 avro təzminat ödəyəcək./ahimaz.org
Xəbər 800 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|