“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


12.03.2017  20:27 

Üç rayondan maşınları oğurlayanlar həbs olundu





A+  A-

Biləsuvar Polis İdarəsinin əməkdaşları avtomobil oğurluğu ilə məşğul olan Cəlilabad rayon sakinlərini yaxalayıblar.
XəzərNews.az xəbər verir ki, rayon sakinləri Tahir Abdinov və Natiq Muradov qabaqcadan əlbir olaraq müxtəlif vaxtlarda Biləsuvar, Cəlilabad və Masallı rayonlarından 5 avtomobil oğurlayıblar.
Saxlanılanlardan Tahir Abdinov avtomobil ustası olduğu üçün oğurlanmış maşınları bir müddət çalışdığı təmir sexində saxlayırmış.
Oğurlanan avtomobillərdən ikisi müxtəlif vaxtlarda ehtiyyat hissələrinə bölünərək, biri isə işlək halda ayrı-ayrı şəxslərə satılıb.
Ən maraqlısı isə odur ki, T.Abdinov və N.Muradov diqqət çəkməmək və yaxalanmamaq üçün oğruladıqları avtomobillərin nömrələrindəki hərfləri sonradan xüsusi lentlərlə dəyişdirirmişlər.
Faktla bağlı Biləsuvar Polis İdarəsində cinayət işi başlanıb, istintaq gedir.

Xəbər 2329 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +