Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


31.05.2017  13:34 

“Minlərlə insanın əleyhinə qərarlar verilir” – Deputatdan İTTİHAM





A+  A-

“Şübhəsiz ki, 2016-cı ilin çətin, gərgin və mürəkkəb il olduğunu hökumət də, siyasətçilərimiz də etiraf edirlər. Burada bir qəbahət yoxdur. Beynəlxalq məkanda yaşanan bir tendensiyadır.Lakin dövlət başçısı tərəfindən verilən çevik qərarlar fonunda bu prosesdə sabitləşmənin olduğunu da xaricə vurğulayırıq”.
XəzərNews.az xəbər verir ki, bunu “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Zahid Oruc deyib.

Deputat bildirib ki, devalvasiya prosesinin başlandığı 2015-ci ildən hazırki dövrə qədər Mərkəzi Bankın valyuta ehtiyatları 71%, yəni 9,8 milyard manat həcmində azalıb.
“Bu dediklərim hesabatda qeyd edilib. Qeyd olunduğu kimi kredit Mərkəzi Bank səviyyəsində formalaşırsa, maliyyə sabitliyinin bərpa olunduğunu deyiriksə, uçot dərəcələrinə baxılmalıdır. Yəni qeyd olunan tədbirlər, az qala 10 milyard itkinin qarşısını almayıb”.

Z.Oruc qeyd edib ki, iki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi həmin hüquqi məsələni tənzimləyən bu prosesə baxdı və bankların xeyrinə qərar çıxardı.

“Bunun nəticəsində insan məhkəmələrə baş vurur, amma nəticə həmin qərardan kənara çıxmır. Minlərlə insanın əleyhinə qərarlar verilir. İnsanlar da məhkəmələrdə hüququnun təmin edilmədiyini gördükdə özünə əl qatır, özlərini yandırırlar. Bizim kitablarda oxuduğumuz mənzərə baş verir. Məhkəmə, bank bucağında insanlar özlərinin hüquqi müdafiəsini görmürlər. Biz parlament vasitəsilə Konstitusiya Məhkəməsinə həmin hüquqi səndələrə yenidən baxılması üçün təkliflər etməliyik”.

Xəbər 2231 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +