Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


27.04.2017  11:23 

Rusiya mətbuatı Əli Həsənovun kitablarından yazdı





A+  A-

Aprelin 26-da Rusiyanın populyar pravda.ru internet-portalında “Əli Həsənovun kitabları: Xocalı faciəsindən Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru” sərlövhəli məqalə dərc edilib.
Məqalədə oxucuların diqqəti Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun bu yaxınlarda səkkiz dildə (Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində) çapdan çıxmış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitablarına cəlb edilir.
Kitablardan biri “Xocalı soyqırımı: səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlanır. Materialda qeyd edildiyi kimi, müəllif bu kitabda Ermənistanın Azərbaycana ərazi iddiaları və hərbi təcavüzü, iki əsr ərzində erməni silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlar, o cümlədən Xocalı soyqırımı barədə yazır.
“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlanan digər kitabda ermənilərin azərbaycanlılara qarşı dörd dəfə - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə törətdiyi soyqırımları və etnik təmizləmə siyasəti çoxsaylı mənbələr, o cümlədən Rusiyadakı tarixi məxəzlər əsasında təhlil edilir.
Materialda müəllifin özünün bu kitablar barədə aşağıdakı sözləri sitat gətirilir: “Biz dünya ictimaiyyətinə demək istədiklərimizi yığcam, sistemli şəkildə kitablarda təqdim etmişik”. Əli Həsənov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə təşəkkürünü bildirib.
Müəllif yazır: “Bu kitablar düşmənçilik, qisasçılıq aşılamır. Erməni xalqı özü də cinayətkar Ermənistan hakimiyyətinin girovuna çevrilib. Bu kitablarda sülh çağırışı, Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluq şəraitində yaşamağa çağırış var. Bununla belə, biz Xocalıda xalqımızın başına gətirilən soyqırımını heç vaxt unutmayacağıq. Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ probleminin həlli istiqamətində yorulmaz fəaliyyətini davam etdirir və bu məsələ tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq”.
Materialın tam mətnini aşağıdakı linkdə oxuya bilərsiniz:
https://www.pravda.ru/news/world/formerussr/25-04-2017/1331840-gasanov-0/



Xəbər 1253 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +