02.02.2017 10:41
31 yaşlı oğlu İlyas Mehdiyev tərəfindən üstünə benzin tökülərək yandırılan İmdad Mehdiyev Əfv etmə komissiyasının üzvü, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Mehdi Mehdiyev BakiPost.az-a açıqlama verib və həyatını itirən şəxsin atası olmasını təsdiqləyib. Bildirib ki, evdə baş verən yanğınla bağlı bir neçə ehtimallar var: "Mənə gecə zəng etdilər. Dedilər, evdə yanğın var. Mən çatana kimi ev demək olar ki, yanıb qurtarmışdı. 2 yanğınsöndürən maşın gəlmişdi. Həmin gün də qaz kəsilibmiş, odun sobası yandırıbmışlar. Ola bilsin ki, köz düşüb, yanğın çıxıb. Bundan başqa, rəhmətlikdə astma var idi. Şübhələrimdən biri də odur ki, yerini ehtiyatsız ediblər, tüstü boğazını tutub, boğulub. Ekspertizadan da gəlmişdilər. Evdə baş verən yanğının nədən baş verdiyini müəyyən edəcəklər. Hazırda yanğının səbəbi araşdırılır”.
M.Mehdiyev qardaşının atasının üstünə benzin tökərək yandırması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Gülünc məsələdir. Elə hadisə ola bilməz. Qohum-əqrəbayla da söhbət edirik, hamının gözü-kəlləsinə çıxır ki, bu necə olan söhbətdir, haradan çıxır bu xəbərlər. Hər halda prokurorluq da, polis də, FHN də gəlib evə baxıb. Meyitin özü də morqda müayinədən keçib. Nəsə olsaydı mütləq üzə çıxarardılar”.
Xatırladaq ki, Sabunçu rayonunda evdə yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Report.az-ın yaydığı məlumatlarda bildirilir ki, İ.Mehdiyevi oğlu 31 yaşlı İlyas Mehdiyev üstünə benzin tökərək yandırıb.
|
07.08.2024 09:01
06.08.2024 16:54
06.08.2024 15:38
06.08.2024 13:02
06.08.2024 12:52
06.08.2024 10:31
05.08.2024 21:32
05.08.2024 18:50
05.08.2024 18:06
Türkiyə “bitib-tükənməz bənzərsiz təcrübələr” diyarı -FOTOLAR
05.08.2024 17:59
05.08.2024 17:55
05.08.2024 17:37
05.08.2024 17:30
05.08.2024 17:25
05.08.2024 12:54
05.08.2024 11:20
04.08.2024 22:53
03.08.2024 19:07
03.08.2024 18:58
03.08.2024 18:54
03.08.2024 18:48
03.08.2024 16:29
03.08.2024 15:39
03.08.2024 15:32
03.08.2024 15:31
Türkiyənin ən məşhur çay yığımının təcrübəsinə qərq olun -Fotolar
03.08.2024 11:09
02.08.2024 21:50
02.08.2024 19:50
02.08.2024 15:29
02.08.2024 15:04
02.08.2024 14:40
01.08.2024 15:06
01.08.2024 12:10
01.08.2024 12:05