Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


28.04.2023  11:16 

Xankəndi ovcumuzun içində... - Addım -addım irəli





A+  A-

“Şuşanın Kiçik Qaladərəsi istiqamətində nəzarətə götürülən yüksəkliklər barəsində Müdafiə Nazirliyi hələ ki rəsmi məlumat verməyib. Lakin ümumi olaraq nə baş verdiyini anlamaq asandır”.

XəzərNews.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.

Hərbi ekspert Şuşa rayonu istiqamətində nəzarətə götürülən 2 yüksəklikdən söz açıb.

Xatırladaq ki, sosial şəbəkələrdə Azərbaycan ordusunun Şuşanın Kiçik Qaladərəsi kəndi istiqamətində 1516 və 1686 metr yüksəkdə olan adsız yüksəkliklərə nəzarəti ələ keçirdiyi bildirilib.

E.Şıxəliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın dağlıq hissələrinin yerləşdiyi perimetr üzrə qeyri-qanuni erməni silahlı birləşmələri ilə təmas xətləri mövcuddur:

“Yəni Azərbaycan birinci eşelon bölmələrinin əməliyyat zolaqları var ki, onlar Qarabağın perimetri üzrə ermənilər ilə təmas xəttindədirlər.

Qarabağda elə taktiki və strateji yüksəkliklər var ki, bu təmas vəziyyətlərində neytral ərazilər mövcud olub. Neytral ərazi isə bu günə qədər şəxsi heyətin olmadığı yüksəkliklərdir. Azərbaycan Ordusunun birinci eşelon bölmələrinin komandirləri öz bölmələri ilə birlikdə mərhələ-mərhələ bəzi yüksəkliklərin nəzarətə götürülməsini həyata keçirir”.

Polkovnik vurğulayıb ki, indiyə qədər elə yüksəkliklər olub ki, onların bəziləri döyüşlə ələ keçirilib və çox zaman qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvləri döyüşlə o yüksəkliklərdən çıxarılıb:

“Amma elə yüksəkliklər də var ki, bölmələrimiz gecənin bir yarısı o yüksəkliyə çıxır, döyüş mövqelərini qururlar. Bəzən isə qaşrı tərəfdə hərbi güc olmaya bilər.

Onsuz da Qarabağdakı qeyri-qanuni birləşmələrin gücü o səviyyədə deyil ki, 400 km-lik bir perimetrdə bütün təmas xətlərini bağlaya bilsin. Onların şəxsi heyətləri bu saat buna imkan vermir”.

Müsahibimizin fikrincə, əgər hansı yüksəkliklər döyüşsüz və itkisiz nəzarətə götürülürsə, bu, artıq o deməkdir ki, bu yüksəkliklərdə separatçıların şəxsi heyəti olmayıb:

“Hesab edirəm ki, silahlı bölmələrimiz bu prosesi mərhələli şəkildə həyata keçirməlidir. Çünki Xankəndi də daxil bütün yerdə qalan ərazilərin nəzarətimizə keçməsi üçün o torpaqlara mütləq şəkildə Azərbaycan əsgərinin ayağı dəyməlidir. Yoxsa ki, əsgərimizin ayağı dəymədən bu, baş verməyəcək”.

“Hazırda silahlı qüvvələrimiz Qarabağın mərkəzində bayrağımızın dalğalanması üçün qarşısına qoyduğu hədəfin kiçik mərhələlərini həyata keçirir. Azərbaycan Ordusu bundan sonra bu kimi əməliyyatları və döyüş tapşırıqlarını həyata keçirəcək. Bu proses tam o zaman tamamlanacaq ki, Xankəndidə bayrağımızın dalğalandığı yuxarı komandanlığa məruzə olunacaq. Biz xəbərləri gözləyirik və olacağına inanıram”, - E. Şıxəliyev fikirlərini tamamlayıb.

Xəbər 822 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +