Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


06.10.2025  14:59 

2025-ci il Tibb üzrə Nobel Mükafatını onlar aldı





A+  A-

Oktyabrın 6-da Nobel Komitəsi tibb və fiziologiya sahəsində 2025-ci il üzrə laureatların adlarını açıqlayıb. Bu il Fiziologiya və Tibb üzrə Nobel Mükafatı Meri Brunkow, Fred Ramsdell və Şimon Sakaquçiyə “periferik immun tolerantlıqla bağlı kəşflərinə görə” təqdim olunub.

XəzərNews.az xəbər verir ki, Nobel Komitəsinin açıqlamasına görə, alimlərin araşdırmaları immun sisteminin öz orqanizmin toxumalarına hücumunun qarşısını alan tənzimləyici T hüceyrələrinin mövcudluğunu üzə çıxarıb. Komitənin sədri Olle Kempe bildirib ki, bu kəşf, insanların çoxunda niyə 1-ci tip diabet və ya dağınıq skleroz kimi otoimmün xəstəliklərin yaranmadığını izah etməyə imkan verib.

İlk böyük irəliləyiş 1995-ci ildə hazırkı laureatlardan biri – Şimon Sakaquçi tərəfindən əldə olunub. O, immun sisteminin timus vəzində təhlükəli hüceyrələrin məhv edilməsindən ibarət sadə mexanizmlə deyil, daha mürəkkəb şəkildə tənzimləndiyini sübut edib. Məhz o, immun sisteminin öz toxumalarına hücumunun qarşısını alan yeni hüceyrə növünü — tənzimləyici T hüceyrələrini kəşf edib.

Daha sonra, 2001-ci ildə Meri Brunkow və Fred Ramsdell siçanlarda güclü otoimmün reaksiyalara səbəb olan Foxp3 genində mutasiya aşkar ediblər. Sonrakı araşdırmalar göstərib ki, bu mutasiyanın insanlarda analoqu nadir, lakin ağır IPEX sindromuna yol açır.

2003-cü ildə Sakaquçi bu iki istiqaməti birləşdirərək sübut edib ki, məhz Foxp3 geni tənzimləyici T hüceyrələrinin inkişafını idarə edir.

Nobel Komitəsi bəyan edib ki, bu kəşflər immun sisteminin iş mexanizmini köklü şəkildə dəyişib və otoimmün xəstəliklər, xərçəng və orqan transplantasiyası sahəsində yeni müalicə üsullarının əsasını qoyub. Hazırda bu elmi nailiyyətlərə əsaslanan bir sıra terapiya üsulları klinik sınaq mərhələsindədir.

Xəbər 4032 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +