7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


04.10.2025  15:47 

Qazaxıstan Rusiyaya hücum edib?





A+  A-

Qazaxıstan Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi Rusiyanın Orsk şəhərinə PUA-larla hücumda iştirak etdiklərini iddia edən, ölkənin Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəsmilərinin yer aldığı videoların saxta olduğunu açıqlayıb.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.

Qurumdan bildirilib ki, videolar “Deepfake” texnologiyasından istifadə edilməklə hazırlanıb:

“Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin bu videolarla heç bir əlaqəsi yoxdur. Bütün rəsmi açıqlamalar yalnız təsdiqlənmiş mənbələrdə - qurumların internet saytlarında və onların təsdiqlənmiş hesablarında yerləşdirilir. Yayılan videolar informasiya təxribatıdır və yalan xəbərlərin yayılması üçün “Deepfake” texnologiyasından istifadə nümunəsidir”.

Qeyd edək ki, Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsevin sözlərinə görə, oktyabrın 3-də (Ukraynadan) bölgədə sənaye obyektinə PUA hücumu olub. Obyektə cüzi ziyan dəyib, istehsalatda fasilə olmayıb, tələfat yoxdur. Ümumilikdə, Orsk üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri 4 PUA məhv edib.

Xəbər 2848 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +