7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


01.10.2025  15:41 

Ağcabədidə həkimlər lazım olan diaqnozu qoya bilmirlər - Deputat





A+  A-

“Ağcabədidə həkimlər lazım olan diaqnozu qoya bilmirlər. Ona görə də xəstələrin bir çoxu Bakıya və ya başqa rayonlara üz tuturlar”.

XəzərNews.az xəbər verir ki, bu sözləri modern.az-a müsahibəsində Milli Məclisin 86 saylı Ağcabədi seçki dairəsindən seçilən deputatı Tahir Rzayev deyib.

Deputat bildirib ki, Ağcabədidə çox ciddi həkim çatışmazlığı var:

“Özüm xətəxanalara getmişəm. Ağcabədidə müasir avadanlıqlarla təmin olunan xəstəxanalar tikilib. Cənab Prezident özü də həmin xəstəxanaların açılışında iştirak edib. Lakin yaxşı xəstəxana bəs deyil, eyni zamanda o avadanlıqları istifadə edə bilən həkim lazımdır. Bu gün Ağcabədidə həkimlər lazım olan diaqnozu qoya bilmirlər. Ona görə də xəstələrin bir çoxu Bakıya və ya başqa rayonlara üz tuturlar. Əvvəllər təyinat sistemi ilə insanlar işlə təmin olunurdu. Gedib ən azı 3 il orada işləyirdilər. İşləyəndə də orada yaşayır, evlənir, sonra da həmin rayonda həmişəlik qalırdılar. İndi adamlarda az işləyib çox qazanmaq meyli artıb”.

T.Rzayev qeyd edib ki, bu reallıqdır, mən də təbii baxıram:

“İndi insanlar Bakıda, xaricdə oxuyur sonra deyir mən niyə Ağcabədiyə getməliyəm. Halbuki Ağcabədidə işləsə daha çox qazanar. Çünki onun baxacağı xəstələrin sayı çoxdur. Hər gələn xəstə də şəxsi təsərrüfatından həkimə süd, qatıq, ət gətirsə, o həkim yaxşı dolanacaq”.


Xəbər 4022 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +