7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


18.09.2025  16:14 

“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?





A+  A-

Papa Johns restoranlar şəbəkəsinin “Gənclik Mall”dakı filialında xoşagəlməz hadisə yaşanıb. Papa Johns restoranlar şəbəkəsinin “Gənclik Mall”dakı filialında xoşagəlməz hadisə yaşanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a şikayət daxil olub.

Belə ki, vətəndaş həmin restorandan “papadias” sifariş edib. İçlikdəki pomidorun üzərində qiymət etiketinin olduğunu görüb.

Müştəri məsələ ilə bağlı restoran əməkdaşlarına iradını bildirib. Onlar isə yeməyin yenisini paketləməyi təklif etsələr də, vətəndaş bu təklifi qəbul etməyib.

Bundan başqa, baş verən xoşagəlməz hala baxmayaraq həmin sifarişin ödənişi alınıb.

Papa Johns-dan Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı müştəri ilə əlaqə saxlanılıb:

"Müştəri ilə əlaqə saxladıq. Məmnunluğunun təmin edilməsi üçün müvafiq tədbirlər görüldü".




Xəbər 3023 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +