7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


17.07.2025  17:42 

Yuxusuna mane olan körpəsini öldürdü





A+  A-

Bakıda 1 yaşlı qızını amansızlıqla öldurməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

XəzərNews.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən yekun prosesdə dövlət ittihamçısı təqsirləndirilənin 18 il azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra hökm elan edilib. Valeriy Tolmaçev 16 il azadlıqdan məhrum edilib.

Qeyd edək k, hadisə 2024-cü il noyabrın 8-də Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində baş verib. V.Tolmaçev qeyri-rəsmi nikahda yaşadığı Sevda Qocayevadan nikahdan kənar dünyaya gələn 2023-cü il təvəllüdlü Tolmaçeva (Qocayeva) Mədinəni qəsdən öldürməkdə təqsirləndirilib.

Hadisənin baş verməsinə səbəb isə 1 yaşli körpənin ağlayaraq atasının yatmasına mane olması olub.

O sərxoş halda körpənin ağlamasından hiddətlənərək onun başını bir neçə dəfə divara çırparaq ölümünə səbəb olub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9 (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Xəbər 1308 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +