7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


13.05.2025  12:21 

Saleh Məmmədov işçilərin maaşından 50 manat kəsib?





A+  A-

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarından biri redaksiyamıza müraciət edərək maaşlarının azaldıldığından şikayət edib.

Xəzərnews.az xəbər verir ki, AzPost-a müraciət edən Ağsu rayon 16 saylı Yol İstismar İdarəsinin əməkdaşı bildirir ki, 1987-ci ildən bu sahədə fəaliyyət göstərir. Bu illər ərzində müxtəlif vəzifələri icra edib. Hazirda isə yol mühəndisi olaraq işləyir.

Vətəndaş idda edir ki, bu aydan etibarən özü də daxil olmaqla işlədiyi idarənin bir neçə əməkdaşının dərəcələri azaldılıb və maaşlarından 50 manat kəsilib.

“Yeni ştat cədvəli gətiriblər. Bildirirlər ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun göstərişi ilə bu icra olunur. Onsuz da maaşlarımız azdır, ilin günün bu vaxtında 50 manat kəsməklə vəziyyətimiz daha da pisləşəcək”.

Vətəndaş deyir ki, bu azalmanın heç bir qanuni əsası yoxdur: “63 yaşım var. 38 il stajım var. Yəni, dərəcəmin artırılması yerinə azaldırlar. Adını da qoyublar ki, Saleh Məmmədovun göstərişi ilədir. Dərdimizi kimə deyək, bilmirəm. Xahiş edirəm bu barədə aidiyyəti qurumlar tədbir görsün.”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Xəbər 3229 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +