Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


31.01.2024  23:32 

Milli Məclisin deputatları əməkhaqqının 80%-i qədər pensiya alır





A+  A-

Azərbaycanda sabiq deputat və nazirlərin nə qədər pensiya alması hər zaman maraq doğurub. Ölkə qanunvericiliyinə görə, Milli Məclisin deputatları əməkhaqqının 80%-i qədər pensiya alır.

Bəs sabiq nazirlərin pensiya təminatı necə tənzimlənir? Mövcud qanunvericiliyə görə, pensiyanın miqdarı dövlət qulluğunda xidmət illərindən asılı olaraq dəyişir.

Belə ki, miqdar aşağıdakı kimi təyin edilir:

- dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 60 faizi miqdarında;

- dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 70 faizi miqdarında;

- dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 80 faizi miqdarında.

Bəs hazırda sabiq nazirlər nə qədər pensiya alır? Onlar pensiya təminatlarından razıdırlar?

Xəzərnews.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı olaraq eks-nazirlər arasında sorğu keçirib.

Sabiq maliyyə naziri Əvəz Ələkbərov bildirib ki, pensiya təminatından razıdır:

“Pensiya təminatımdan tamamilə razıyam. Dövlətimiz bu barədə bizlərə yaxşı qayğı göstərir. Deputatların pensiyası isə nazirlərin pensiyasından üstündür. Onların qəbul etdikləri qanunlar, əmək haqlarına əlavələr və digər imtiyazları nazirlərdən çox olduğuna görə bizdən 20-30 faiz çox pensiya alırlar”.

Sabiq maliyyə naziri 25 il dövlət qulluqçusu olduğunu və buna uyğun pensiya aldığını deyib:

“25 il dövlət qulluqçusu olmuşam. Ona görə də tam dövlət qulluqçularına uyğun pensiya alıram. Bu məbləğin maaşımın neçə faiz olduğunu hesablamamışam. Bundan əlavə universitetdə dərs deyirəm və kafedra müdiriyəm. Beləliklə, maddiyatla bağlı məsələ bugünkü vəziyyətdə normaldır”.

Digər bir sabiq nazir Fikrət Yusifov isə 25 il dövlət qulluğunda çalışan hər kəs kimi pensiya aldığını söyləyib.

“25 il dövlət qulluğu olan hər kəs çalışdığı vəzifənin əmək haqqının 80%-ni alır. Bu qanunda var”,- o deyib.


Xəbər 662 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb

24.06.2024  13:28 

Sabahın havası AÇIQLANIB


BÜTÜN XƏBƏRLƏR +