Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


02.12.2025  17:09 

Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb





A+  A-

2018-2025-ci illərdə Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb.

XəzərNews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bugünkü plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihələrinin ikinci oxunuşda müzakirəsində bildirib.

"110 manatdan 320 manata qədər bu artımı təmin etmişik. Hazırda minimum pensiyanın minimum əmək haqqına nisbəti 80 % təşkil edir. ​Orta aylıq pensiyalarda artım isə 2,6 dəfədir. Yəni biz ümumi pensiyanın üç qrup üzrə (yəni yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə) 208 manatdan 540 manata çatdırılmasına nail ola bilmişik. ​Yaşa görə orta aylıq pensiyada 2,5 dəfə artımı müşahidə eləyirik. Yəni 234 manatdan 575 manata biz bu məbləğləri artırmışıq. ​Orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbəti hazırda 50 % təşkil edir. Sosial müavinət və təqaüd ödənişlərində biz 5 dəfə artıma nail olmuşuq. Yəni biz 400 milyon manatdan artıq 2026-cı ildə 2 milyard manat xərcə gəlib çıxmışıq", - deyə o qeyd edib.

Xəbər 553 dəfə oxunub.




02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +