Baş nazir qərar imzaladı: Bu günlər iş olmayacaq
“Meydan” TV işi üzrə məhkəmə başlayır
Azərbaycanda minimum pensiya 2,9 dəfə artıb
Koxalski “Qarabağ“dan gedir?
Canlıda nalayiq ifadələr işlətdi...-Saxlanıldı
Rəqəmsal İqtisadiyyat Strategiyasının qəbulu niyə illərlə uzanır?
Xalq şairi xəstəxanaya yerləşdirilib
Əhalinin 95%-i sığorta ilə əhatə olunacaq - Nazir
Nazir bu rəisləri vəzifədən azad etdi
Rusiya sülh danışıqlarına hazırdır, amma... - Peskov


01.12.2025  18:05 

Bakıda rejissorun çantası oğurlandı





A+  A-

Bakıda rejissorun çantasını oğurlayan şəxsə hökm oxunub.

XəzərNews.az xəbər verir ki, 1985-ci ildə Bakı şəhərində anadan olmuş Nəcmuddin Maqantayev barəsində Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nəcmuddin Maqantayev Səbail rayonunda yerləşən Sahil bağı yaxınlığında metal qablar yığmaqla məşğul olub. Bu zaman parkın içərisində, fəvvarənin yanında sahibsiz belə bağlanan çanta (barsetka) görüb və onu götürüb. O, bununla zərərçəkmişə 3276 manat məbləğində ziyan vurub.

Məlum olub ki, təqsirləndirilən şəxsin oğurladığı çanta "Azərbaycan Kənd Həyatı” , "Sweet Village” , "Wilderness Cooking” adlı lahiyələrdə rejissor kimi çalışmış Murad Hüseynova məxsus olub. O, həmin vaxt parkda olan fəvvarənin kənarındakı daş örtüyünün üzərində oturub və özünə məxsus bel çantası da yanında olub. Bir qədər sanitar qovşağa gedib və çantabnı götürməyi unudub. Bir neçə dəqiqə sonra geri qayıtdıqda çantanın qoyduğu yerdə olmadığını görüb.

55 manat dəyərində "EVVY” markalı bel çantasının içərisində 3000 manat dəyərində "iPhone 14 pro" markalı, üzərində 10 manat dəyərində qoruyucu örtük olan mobil telefon, 80 manat dəyərində "iPhone” markalı adapter, 40 manat dəyərində "Samsung” markalı adapter, 88 manat nağd pul və cib ləvazimatları olub.

Murad Hüseynov telefonun oğurlanması nəticəsində yalnız maddi deyil, peşəkar fəaliyyətinə də ziyan dəydiyini deyib. O, hadisədən sonra vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün əmək münasibətlərinə xitam verildiyini deyib və bu isə gəlir itkisinə, borclanmasına və mənəvi çöküşünə səbəb olub. Çəkdiyi filmlərə dair vacib video sujetlər sözügedən telefonda olub.

Məhkəmənin hökmü ilə Nəcmuddin Maqantayev 8 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.

Xəbər 617 dəfə oxunub.



02.12.2025  17:07 

Koxalski “Qarabağ“dan gedir?

02.12.2025  15:36 

Polkovnik İlqar Quliyev vəfat edib

02.12.2025  14:31 

Əli Əsədov yeni qərar imzalayıb

02.12.2025  14:11 

Metroda ixtisarlar aparılır


BÜTÜN XƏBƏRLƏR +